Uşaq otağı
İlk növbədə uşaq otağı təmiz yığışdırılmalıdır. Əgər imkan varsa, uşaq üçün otaq və ya mənzilin ən işıqlı guşəsi ayrılmalıdır. Təmizlik, işıq və təmiz hava sağlam uşağın böyüməsinin ən vacib şərtlərindəndir. Buna görə də otağın havası tez-tez dəyişdirilməlidir. Qışda 10-15 dəqiqə olmaqla 3-4 dəfə, yayda isə mümkün qədər pəncərə açıq olmalıdır, tor və ya tənzif olmalıdır. Günəş şüalarının otağa çox düşməsi üçün gündüzlər pərdələrin açıq olması məsləhətdir.
Təmizləmə nəm olmalıdır (döşəmə, mebel, pəncərə altı). Uşağın olduğu otaqda siqaret çəkmək, paltar qurutmaq, yemek bişirmək olmaz. Burada temperatur 22-24 dərəcə olmalıdır.
Yataq
Uşağın ayrıca çarpyısı olmalıdır. Onu havanın az olduğu künclərdə və ya isitmə cihazlarının, giriş qapısının yanında qoyulması məsləhət görülmür. Döşək müşəmbə ilə örtüldükdən sonra üzərinə döşək ağı sərilir.
Südəmər uşağa yastıq lazım deyil
Uşağı nə əldə, nə də çarpayıda yırğalayaraq yatızdırmaq olmaz! Sağlam uşaq özü müstəqil yatır. Çarpayı əvəzinə uşaq arabasından istifadə etmək olmaz, belə ki, onun divarları hava buraxmır, həmçinin uşaq arabası ilə birgə küçədən evə toz gətirilir.
Həyatının ilk aylarında körpədə hıçqırıqlar olur. Onun səbəbi-çox yemə və üşümədir. Bunun qarşısını almaq üçün isə uşağı sakit vəziyyətdə və istidə saxlamaq lazımdır. Sağlam uşaqda nəcisin xaric edilməsi sutkada 1-8 dəfə olur. Nəcisin rəngi açıq sarı rəngdə və ağımtıl lopalarla olur. Nəcisdə yaşıl rəng, selik, qanın olması xəstəlik əlamətidir və həkim məsləhətinə ehtiiyac duyulur. 4 ayınadək uşaqlarda qəbizlik təsadüfi deyildir. Hərdən nəcisin xaric edilməsi 2-3 gun olmaya bilər. Bu vəziyyətdə uşaq həkimini məsləhətinə və süd verən ananın pəhriz gözləməyinə ehtiyac vardır.
Ağlamaq
Ağlamaq uşaq üçün normal haldır. Bu zaman uşaqlarda ağciyərlər genişlənir, döş və boyun əzələləri bərkiyir. Lakin ağlama həm də uşağın sağlamlığının, rejim və qulluğunun pozulmasını göstərə bilər. Bir çox hallarda soruşurlar: "Sağlam və xəstə uşağın ağlamağını necə fərqləndirmək olar?"
Yadda saxlayın: Sağlam uşağın ağlaması gur, fasiləsiz və güclüdür, elə bil ki, onu yormur. Xəstələnərkən ağlama kəskin və sarsıdıcı olur. Hərdən bu gileyli, iniltilidir ki, bu da normal sayıla bilməz.
Dişlər
Belə bir fikir vardır ki, uşağın dişlərinin yaranması prosesi bu və ya digər xəstəliyə səbəb olur. 6 aylığından başlayaraq süd dişlərinin çıxmasına qədər bir çox analar xəstəliklərin əksəriyyətini dişlərlə əlaqələndirirlər. Bu mövhumat səbəbindən uşaq xəstələnərkən həkimə müraciət olunmur. Bununla belə, uşaqda dişlərin çıxması təbii rosesdir və ağrı ilə müşayət olunmamalıdır.
Lakin bəzi uşaqlarda dişlər çıxarkən narahatlıq hiss olunur, iştahası azalır, yuxu pisləşir, istilik yarana bilər. Bu zaman sizin köməyinizə ağrıları, iltihabı, damaqların şişkinliyini aradan qaldıran effektiv və təhlükəsiz vasitə olan Nurofen uşaqlar üçün gələr.
Sağlam, normal inkişaf edən körpənin dişləri, adətən 6 ayından çıxır, bu müəyyən sıralanma ilə baş verir:
6- 9 ayında 2 aşağı orta kəsici dişlər
9- 10 ayında 2 yuxarı orta kəsici dişlər
10- 12 ayında yuxarı və aşağı yan kəsici dişlər çıxır.
Uşaqların 1 yaşının tamamında adətən 8 dişi olur. Dişlərin çıxmasında ləngimə xəstəlik deyildir. Bu, uşağın quruluşundan asılıdır. 2 yaşınadək uşaqlarda dişlərin sayı "Dişlərin sayı=N-4. N-yaşadığı ayların sayıdır " düsturu ilə müəyyən olunur.