Qadin.NET / Uşaqlarda qəbizlik

Uşaqlarda qəbizlik

 

 

     Qəbizlik və ya nəcisi saxlaya bilməmə probleminin uşaqlarda çox görülən problemlərdən olduğunu ifadə edən Uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Səma Qılınc bunun səbəblərinin başında səhv və əlverişsiz qidalanma olduğunu bildirdi. Dr. Qılınc bildirir ki , quru qidalarla qidalanmaq, (xüsusilə plov, makaron, küftə kimi qidalar) meyvə və şorbalardan  az istifadə etmək, gündəlik süd miqdarının yarım litrdən çox olması qəbizliyin yaranmasının əsas  səbəblərindəndir. Erkən və yanlış tualet tərbiyyəsi, kalsium yüksəkliyi, kalium azlığı kimi metabolik səbəblər də qəbizliyin əsas göstəricilərindəndir. Dr. Qılıncın dediyinə görə, bəzən bu nadir görülən sinir sistemi xəstəlikləri nəticəsində də inkişaf edə bilər. 

     Qəbizlik ən tez 2 yaşlarında, tualet tərbiyəsi verilərkən qarşımıza çıxar. Ana südündən əlavə qidalara keçid zamanı, 6-8 aylarında qəbizlik görülə bilər. Bundan əlavə, dərman istifadəsi də qəbizlik yarada bilər. Xəstənin anal bölgəsinin müayinəsi əhəmiyyətlidir. Anal bölgəsində çatlaq olması, anal məskunlaşma yeri, qalın bağırsağın əskikliyi və bu kimi hallar qəbizliyin səbəbini ayırd etməmizə köməkçi ola bilər.

Hansı vəziyyətlərə qəbizlik deyilir?  

     Dr. Səma Qılıncın fikrinə görə, son 2 ay içərisində həftədə üç və ya daha az sayda nəcis çıxarma qəbizlik sayılır. Lakin həftədə 1 və ya daha az sayda nəcisin xaric edilməsi, tualeti tıxayacaq şəkildə qalın nəcis çıxarma, ağrılı nəcis çıxarma, qarını üstdən müayinə zamanı nəcisin əllə hiss olunması ciddi qəbizlikdən xəbər verir. Bu vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir.

 

 

     Qəbizliyə səbəb olduğu digər problemlərə də diqqəti çəkən Dr. Qılınc onu da bildirir ki, bilmədən nəcis qaçırma ən çox müşahidə edilən vəziyyətdir. Qəbizlik problemi yaşayan uşaqlar çox vaxt ilk şikayət olaraq qarın ağrısından şikayətlənərlər və tez-tez qəbizliyə görə müayinə olunmazsa həkim bu haqda səhv rəy bildirə bilər. Qəbizlik uşaqların üçdə birində sidik yolu infeksiyası yaradır. Həm də uşaq istəmədən nəcis çıxararkən ( bəzən qəbizlik halında dəfələrlə güvəcə otursa da nəcisi xaric edə bilmir, daha sonra buna aldanaraq güvəcə oturmaz və təsadüfən nəcis uyğun olmayan yerlərdə xaric olar.) yaranan pis qoxu onu cəmiyyət tərəfindən kənarlaşdırılmasına və psixoloji problemlərə səbəb ola bilər.

     "Müalicəyə başlamazdan əvvəl valideyinlər bilməlidir ki, bu müalicə uzun bir prosesdir və bunun üçündə səbrli olmaq lazımdır. Uşağın qidalanma şəklinin dəyişdirilməsi və həkim nəzarəti altında pəhriz təşkil edilməlidir. Hər səhər və nahar sonrası 10-15 dəqiqə tualetdə oturması məsləhətdir. 1-2 həftə bu üsulla davam etdikdən sonra gündəlik rahat nəcis çıxarma müşahidə ediləcək. Bu dövrdə bir həkim nəzarəti altında, laksatif deyilən dərmanlar müalicəyə əlavə oluna bilər. 

30 may 2013
GO BACK