Qadin.NET / Uşaqlar üçün gecə torbası

Uşaqlar üçün gecə torbası

Gecə torbası uşaqlar üçün yorğanı əvəz edir. Bu torba bir növ çantanı xatırladır. Torba çiyinlərdən bağlanır və qısaqollu olur. Ortadan yaxud kənardan zəncirbəndlə bağlanır. Bu torbaya  gecəlik də deyilir və şəkildə gördüyümüz kimi olur. 

Uşaqlar üçün gecə torbası

 

Gecə torbası nə üçün lazımlıdır?

Gecəliklərdən istifadə edərək uşağın gecə üstünün açıq qalmasının qarşısını almaq olur. Əsas nüans odur ki, bu gecəliklərdən istifadə etməklə uşağın yorğanla boğulma ehtimalı az olur. Gecələr yuxusuzluqdan əziyyət çəkən uşaqlar belə bu gecəlikdə rahat yata bilərlər. Gecəliklər pediatrlar tərəfindən tövsiyyə edilir.

Gecə torbasını necə seçməli?

Gecəliyi alarkən uşağın boyuna uyğun olan seçilməlidir. Çünki, uşağın boyuna uyğun gəlməyən gecəlikdə uşaq içəri sürüşə və boğula bilər. Gecəliklərin qış və yay fəsli üçün olan modelləri mövcuddur.

Bundan əlavə, zəncirbəndi qarşıdan olan gecəlik alarkən V yaxalı olmasına diqqət edin. Bu, uşağın zəncirbəndi ağzına salmamağı üçün lazımdır.

Uzunluğunu özünüz təyin edə biləcəyiniz universal gecəliklər də var. Bu gecəliklərdə uzunluq aşağı hissədə düymələnir. Qiyməti bir o qədər ucuz olmasa da məsləhətli geyimdir.

Uşaqlar üçün gecə torbası

Əldə etməyə dəyər, əziz analar. Mən özüm də oğlumu bu gecəlikdə yatırıram.

4 aprel 2013
GO BACK