Qadin.NET / 1 yaşına qədər körpələr necə qidalanmalıdır?

1 yaşına qədər körpələr necə qidalanmalıdır?


Qatı qidalara keçid tək-tək yoxlayaq başlamaq lazımdır. Hər bir qida 3 gün aralıqlarla yoxlayaraq verilməlidir. Əgər problem yaranmırsa, 4-cü gün yeni qidaya keçilə bilər. Bu 3 günlük yoxlama dövründə yeni qidaya keçməyin. Bundan əlavə yoxladığınız qidalar yenidən verilə bilər. 

Miqdarı yavaş-yavaş artıraraq ilk başlarda 1-2 çay qaşığı olaraq başlayıb artıra bilərsiniz. Alergiya və ya rəd hallarında 2-3 həftə gözləyib sonra yenidən yoxlayın. Başlanğıxda tərəvəz və ya qatıqla başlayın. Tərəvəzlər qarışdırılmadan tək-tək verilməlidir. Tərəvəzlərə mütləq zeytun yağı əlavə edilməlidir. Tərəvəzlərlə başlamağın səbəbi adətən meyvələrlə başlayandan sonra körpənin tərəvəzlərin qəbul etməmə halının olmasıdır. 7-ci aydan sonra yumurtanın sarısının 1/8-ni verə bilərsiniz.

8-ci aydan tərəvəzlərin içinə qiymə əlavə edilə. 1 yaşına qədər qadağan olunmuş qidaların başında bal gəlir. Bundan əlavə, inək südü, yumurtanın ağı, çiyələk, kivi, pomidor, portağal, badımcan, paxla, duz, şəkər, tomat kimi alergiya yarada bilən məhsullar 1 yaşına qədər verilməməlidir.

Tərcümə: Ustaclı



22 iyul 2020
GO BACK