Əkizlər ana qarnında vaxtlarını birlikdə keçirirlər. Doğuşdan sonra yaxın olmaq istəyəcəkləri məntiqli görünür. Bəzi əkizlər bir-birinə olduqca bağlıdır. Yeni doğulmuş əkizlərin bir yataqda yatızdırmalı yoxsa ayrı?
Xəstəxana
Xəstəxanalar adətən əkizləri eyni yatağa qoyurlar. İki ayrı yatağı məşğul etməkdənsə, bir yatağa qoymağa üstünlük verirlər. Valideynlər də evə qayıtdıqdan sonra əkizləri eyni yatağa qoyurlar.
Amerika akademiyasının tövsiyələri
Amerika akademiyasına görə əkizləri birlikdə yatırmağın faydası dəqiq bilinmir. Eyni yataqda iki bədənin olmasına görə həddindən artıq istilik artımı yarana bilər. Yatarkən rahat nəfəs almaları üçün ayrı yataqlarda yatmalıdılar.
Etibarlı yataq seçimi
Mütəxəssislər, körpələr üçün təhlükəsiz və rahat yataqları tövsiyə edirlər. Beşiklər geniş, sərt yataqlı olmalıdır.
Birlikdə vaxt
Əgər əkizlərin birlikdə kifayət qədər vaxt keçirdiyindən əmin olmaq istəyirsinizsə, yatmadıqları vaxt onları yan-yana oturmaqlarını təmin edə bilərsiniz. Oyuncaqları ilə birlikdə oynatmaqlarına şərait yaradın.