Qadin.NET / Körpənin inkişafında masajın rolu

Körpənin inkişafında masajın rolu

 

Körpələrin doğulduqdan sonrakı inkişaf dövründə masaj çox faydalı və vacibdir. Bundan başqa ana və körpə arasındakı əlaqəni gücləndirir.  

Körpə üçün masajın faydaları:  

1. Masajın xüsusilə tez doğulmuş körpələr üzərində böyümə, inkişaf və bədən funksiyaları üzərində müsbət təsirləri görülmüşdür.

2. Masaj qidaların həzmini asanlaşdıraraq körpənin böyümə və inkişafını sürətləndirir.

3. Qan dövranını və nəfəs almanı inkişaf etdirir, qaz və köpü azaldır.

4. Immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qoruyur.

5. Yuxu nizamına kömək edir.

6. Ana və körpə arasındakı bağları gücləndirir.


 


Masaj edərkən diqqət yetirməniz lazım olanlar: 


Masajı qidalanmadan 1 saat sonra edin. Əlləriniz ilıq və təmiz olmalıdır. Masaj ediləcək körpənin dərisində yara və ya infeksiya olmadığına diqqət yetirin.

 

Dərinin qıcıqlanmasının qarşısını almaq üçün əllərə mütləq körpələr üçün nəzərdə tutulmuş yağ sürtülməlidir. Körpəniz ağlayır və masajı istəmirsə, bu zaman prosesi dayandırın.

Masaj körpənin üz, sinə, qol, qarın, qıç və kürəyinə ritmik hərəkətlərlə, ovaraq edilməlidir.

14 dekabr 2011
GO BACK