Qadin.NET / Körpələrin əlavə qidaya keçidi üçün tövsiyə olunan ərzaqlar

Körpələrin əlavə qidaya keçidi üçün tövsiyə olunan ərzaqlar


1. Qatıq

Qatıq, ən sağlam alternativlərdən sayılır. Kalsium və D vitamini baxımından zəngindir. Sümük və diş sağlamlığı üçün dəyərlidir. 

2. Kabak

A, C vitamini qaynağı olan ərzaqlardandır. Alergik təsiri az olan qidalardandır. Püre halına gətirərək verə bilərsiniz.

3. Avokado

Beyin inkişafı üçün faydalı olan yağlarla zəngindir. 7 ayda körpələrin qidasına əlavə edə bilərsiniz. 

4. Banan

Banan maqnezium, fosfor, kalsium, A və C vitamini kimi bir çox mineralla zəngindir. İmmunitet sistemini gücləndirir, körpələrə enerji verir. 

5. Kök

Kök, beta karoten mənbəyidir. Beta karoten bədəndə A vitamininə çevrilərək göz və beyin inkişafına təsir edir. Qaynadıb püre halında körpənizə yedizdirə bilərsiniz.

6. Balqabaq

Köklə eyni xüsusiyyətlərə malikdir. Suda qaynadaraq körpənizə verə bilərsiniz. Bir neçə ay sonra darçın və ya noxud əzməsi ilə dadlandıra bilərsiniz.

7. Kartof

Kartof uşaqların bağırsaqları üçün faydalı sayılır. Başlanğıcda püre halında verin. İləri aylarda pendirli kartof topları hazırlaya bilərsiniz.

2 iyun 2020
GO BACK