Qadin.NET / Uşaqların ağlama səbəbləri

Uşaqların ağlama səbəbləri

 

1. Aclıqdan ağlama

Xüsusilə, yeni doğulan körpələr hər istədikdə əmizdirilməli. Qidalandırma müddəti 3 saatı keçibsə, körpə oyandırılmalı və süd verilməlidir. Ana və körpəsi arasındakı əlaqə üçün əmizdirmə vacibdir. İlk aylarda mədəsi kiçik olduğu üçün həzm sistemi sürətlidir.

 

Uşaqların ağlama səbəbləri

 

 

2. Ev isti ola bilər

Körpələr balaca olduğu tez üşüyəcəyini düşünürlər. Yaz günlərdin şüşələri bağlı saxlayıb, qış günlərində evin istiliyini həddindən artıq artırırlar. Bu körpələri narahat edə bilər. Otaq istiliyi 21-24 dərəcə arasında olmalıdır.

 

Uşaqların ağlama səbəbləri

 

 

3. Burunları tıxana bilər

Böyüklər ağızdan və burundan nəfəs alır. Körpələr ağızdan nəfəs almağı bilməz. Körpənin burnu tutularsa, nəfəs almağı bilmədiyi üçün ağlamağa başlayar. Mütəxəssisə müraciət edin.

 

Uşaqların ağlama səbəbləri

 

 

4. Qaz narahat edər

Körpələr 2 və ya 3-cü həftəsində qaz sancısı yaşaya bilər. Bu hal bağırsaqlarının yeni şəraitə öyrəşməyə başlaması ilə əlaqəlidir. Körpə bağırsaqları inkişaf etdikcə, qaz problemi də düzələcəkdir.

 

Uşaqların ağlama səbəbləri

 

 

5 yanvar 2020
GO BACK