Hamiləlik hər qadının həyatında yaşamaq istədiyi müqqəddəs və xüsusi təcrübədir. Ana olmaq duyğusu, körpənin inkişafı hər keçən gün hiss etmək anaları dərin duyğulara boğar.
Hamiləlik müddətində müxtəlif fiziki narahatlıqlar, risklər olduğu kimi, eyni zamanda psixoloji olaraq da yaşanan qorxular və narahatlıqlar olur. Analar duyğuların çoxluğu altında hamiləlik müddətini özlərinə məxsus şəkildə yaşayarlar. Fiziki dəyişikliklərə məruz qalar, psixoloji fərqindəlik artar və yeni düşüncələr inkişaf edər. Bütün bunlar özləri ilə bərabər qoxuları da gətirər.
Hamiləlikdə yaşanan qorxular adətən bunlardır;
Doğumda yaşayacağl fiziki ağrı qorxusu
Həssaslaşma ilə əlaqəli artan təşviş və narahatlıq
Hamiləlik depresiyası
Fiziki problemlər: iştahsızlık, daim yuxulu və yorğun olmaq halı
Duyğusal natarazlıq, günlük hadisələrə verilən ifrat reaksiyalar
Körpəni sağlam şəkildə qucağına ala bilməmək qorxusu
Analığa hazır ola bilməmək qorxusu
Fiziki dəyişikliklə əlaqəli ərinin onu daha sevməyəcəyi qorxusu
Körpə doğulduqdan sonra bütün məsuliyyətləri yerinə yetirə bilməmək qorxusu
Hamiləlikdə düşük yaşamaq qorxusu