" Hamiləlik 9 ay davam edir. "
Səhvdir! Hamiləlik menustrasiya dövrünün son gününə görə hesablanır. Son menustrasiya tarixinə 7 gün əlavə edilir və aydan 3 gün çıxılır. Buna görə son menustrasiya tarixindən etibarən 40 həftə sonra olaraq doğum tarixi müəyyən edilir.
Bu təxminlərin düzgün olması yüzdə 70 faizdir. Bəzən erkən doğum halları da baş verir.
"Ana iki canlı olduğu üçün 2 nəfərlik yeməlidir. "
Səhvdir! Hamilə qaldıqdan sonra iki nəfərlik qidalanma səhv qidalanmadır. Ana hamiləlik dövründə 9-16 kq almalıdır. Ayrıca qidanın keyfiyyəti və rejimi çox vacibdir. Sabit bəslənməli və hərəkət edilməlidir ki, çox kökəlmə baş verməsin.
"Hamiləlikdə intim münasibət uşağa zərər verir. "
Səhvdir! Hamiləlik intim həyat maneə yaratmaz və körpəyə hər hansı ziyan verməz. Sadəcə düşmə riski və ya erkən doğum riski varsa, intim fəaliyyəti azaltmaq lazımdır.
" Ana qarnında uşağın çox saçı varsa, hamiləlik dövrü ürək bulanma ilə keçər. "
Səhvdir! Körpənin saçlarının çıxması mədə şikayətlərinin artmasına səbəb olmaz. Uşaq böyüdükcə mədəyə təzyiq olması, ya da çox yemək yedikdə mədə şikayətləri arta bilir.
" Tez doğulan körpələr ya yaşamaz, ya da sağlam olmaz."
Səhvdir! Tez doğulan körpələrin yaşamaq şansı az deyildir, əksinə gedərək artmaqdadır. Xüsusilə yaxşı texnlogiya sahib olan xəstəxanalarda tez doğulan körpələrin yaşamaq şansı çoxdur. Tez doğulan körpələrə yaxşı baxılsa, sağlam və uzun ömür yaşaya bilirlər.
" Hamiləlikdə idman etmək olmaz"
Səhvdir! Hamiləlikdə hərəkətsizlik, həm ananın, həm də körpənin həyatı üçün təhlükəlidir. Amma ağır idmanlar edilməməlidir. Gəzinti və zəif məşqlər edilməlidir.