D vitmani çatışmazlığı çox rast gəlinən bir haldır. Dr. Seval Taşdemir " D vitmani çatışmazlığı çoxalma prosesinə təsir edir." deyə xəbərdarlıq edir.
"D vitamini çatışmazlığının, son illərdə sonsuzluq və düşmə problemi olan xəstələrdə bu problemin daha çox olduğu ortaya çıxmışdır. D vitamini çatışmazlığı, yumurtalıqlara, yumurtaların keyfiyyətinə və dölənmə prosesinə təsir edir. Ayrıca döllənmiş yumurtanın ana bətnində qalıb qalmamasına da təsir göstərir."
Yumurta sarısı və süd ilə qidalanın.
Dr. Seval bildirir ki, D vitaminini günəşdən ala bildiyimiz kimi, balıqdan, yumurta sarısından, qaraciyər, süd və süd məhsullarından, taxıl məhsullarından da əldə bilərik.
Müalicədən əvvəl D vitaminin səviyyəsi ölçülməli
" Xüsusilə sonsuzluq olan xəstələrdə mütləq D vitaminin səviyyəsi yoxlanmalıdır. Xüsusilə 35 yaşdan yuxarı olan qadınlarda və günəşdə az olanlarda D vitamini çatışmazlığına rast gəlmək olur. Vitamin çatışmazlığının müalicəsindən sonra sonsuzluq müalicəsində daha yaxşı nəticələr əldə etmək olur."
D vitamini təkcə qanda kalsiumu müəyyən etmir. Həmçinin immuniteti gücləndirir və sonsuzluğu müalicəsində çox böyük rol oynayır.