Qadin.NET / Qadının qan təzyiqi uşağın cinsiyyətinə təsir edirmi?

Qadının qan təzyiqi uşağın cinsiyyətinə təsir edirmi?

Qadının qan təzyiqi uşağın cinsiyyətinə təsir edirmi?

Yeni aparılana araşdırmalara görə alimlər hamiləlikdən əvvəl qadının qan təzyiqinin uşağın cinsiyyətinə təsir edə biləcəyini düşünməyə başlayıblar. 

"American Journal of Hypertension" jurnalının yeni nəşrinə görə qadınların  qan təzyiqi uşağın cinsiyyətini müəyyənləşdirə bilmə ehtimalı var. 

Alimlər tapıblar ki, yüksək təzyiqi olan qadınlar hamilə qalarsa, böyük ehtimalla uşaq oğlan olur. Aşağı təzyiqli qadınlar isə qız uşağı dünyaya gətirir. Bu daimi təzyiqi olan adamlara aid deyil. Bu hal hamiləlik öncəsi müşahidə edilən təzyiqə aiddir. Yeni məlumatlara görə bunun mənası belə ola bilər: Uşağın cinsiyyətinə görə bədən özünü tənzimləyir və orqanizm uşağın cinsiyyətinə uyğun mühit yaradır. 

Qadının qan təzyiqi uşağın cinsiyyətinə təsir edirmi?

Bu tapılan yenilik maraqlı olsa da, gərək tədqiqatçılar bu yeniliyi daha dərin araşdırsınlar. Bəzi insanlar düşünə bilər ki, hamiləlikdən öncə təzyiqimi aşağı və yuxarı edərək oğlan və ya qız sahibi ola bilər. Xeyr, bu belə mümkün deyil. Bu yalnız bədənin yaratdığı bir şeydir. 

Retnakaran bildirir ki, bu məlumat fizilogiya üçün yenilikdir.

Qeyd: Etdiyim tərcüməyə qeyd yazmadan keçə bilmədim. Oğlan və qız  uşağının dünyaya gəlməsi bir tərəfin, hətta iki tərəfin də seçə biləcəyi bir şey deyildir. 

Tərcümə edən: Aidə Ustaclı

Mənbə: http://www.womansday.com/health-fitness/womens-health/news/a57553/blood-pressure-sex-of-baby/

17 yanvar 2017
GO BACK