Qadin.NET / Hamiləlik zamanı dəridə çapıqlar

Hamiləlik zamanı dəridə çapıqlar

 

Hamiləlik zamanı dəridə çapıqlar

 

Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər orqanizmin bütün orqan və sistemlərini əhatə edir.

Hamiləlik zamanı və doğuşdan sonra bir çox qadınları qarın, döş, sağrı, bud nahiyələrində əmələ gəlmiş ağ zolaqlar narahat edir.

Bu zolaqların (onları «striya» da adlandırırlar) əmələ gəlmə səbəbləri hamiləlik zamanı dərinin güclü dartılmasıdır. Dartılmış dərinin iç qatı gərginliyə dözməyə bilər ki, nəticədə partlayır, cırılır. Dərini bərpa etmək üçün orqanizm bu yerə birləşdirici toxumadan ibarət  olan «yamaq» qoyur. Əvvəl bu yerlər çəhrayı və ya tünd qırmızı, vaxt keçdikcə isə ağ rəng alır. Birləşdirici toxumada piqment yoxdur. Bu səbəbdən çapıqlar dəridən seçilir, qadın «zaqar» alanda, çapıqlar ağ qalır. 

 

Hamiləlik zamanı dəridə çapıqlar

 

Nəzərə almaq lazımdır ki, bu çapıqların əmələ gəlməsi həmçinin irsiyyətlə də bağlıdır. Bəzi qadınlarda çapıqlar az, digərlərində isə həddindən artıq çox olur.

Hamiləlik zamanı bu problemin profilaktikası olduqca vacibdir. Artıq əmələ gəlmiş çapıqları müalicə etmək çətindir.

 

Bu məqsədlə həkimlər qadınlara bu kimi  məsləhətlər verir:

1. Kifayət qədər təmiz su için (buna əks-göstərişlər yoxdursa). Su dərinin elastikliyini təmin edir. Quru dəri daha pis dartılır ki, nəticədə çapıqların əmələ gəlməsi riski artır.

2. Zülallarla zəngin ola qidaları qəbul edin (ət, süd məhsulları, yumurta, paxlalılar və s.). Zülal dərinin əsas «tikinti materialıdır».

3. Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi büsthalter taxın. Belə büsthalterlər döşləri yaxşı saxlayır və sallanmağa qoymur ki, nəticədə dəri daha az dartılır.

4. Bandajın taxılması da bu işdə yaxşı kömək edir. Bandaj qarını saxlayır və sallanmağa qoymur.

5. Hamiləlik zamanı bədən üçün olan dəri skrablardan istifadə edin. Belə skrablar dəridə qanın mikrosirkulyasiyanı yaxşılaşdırır. Ev şəraitində çox effektli bədən skrabları hazırlamaq olar — 2 xörək qaşığı üyüdülmüş düyü və yulaf yarması, duz, qəhvə xama və ya qaymaqla qarışdırın  və dərinizi yaxşı skrablayın. Bunu həftədə 2-3 dəfə duş qəbulu zamanı edə bilərsiniz.

 

Hamiləlik zamanı dəridə çapıqlar

 

6. Dərinizə xüsusi kremlər və losyonlar çəkin.

7. Zeytun və badam yağı bu kimi problemlərin çox yaxşı profilaktikasıdır. Hər gün dərinin problemli hissələrə bu yağları çəkin.

8. Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərini çox yaxşı möhkəmləndirir, dərinin qan dövranını yaxşılaşdırır.

9. Problemli zonaları massaj edin.  Əlinizə cod əlcək taxın və dərini yaxşı massaj edin. Bunu duşdan sonra etmək daha yaxşıdır.

22 noyabr 2016
GO BACK