Qadin.NET / Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu

Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu

 

Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu

 

Hamiləliyin dadını çıxartmağı çətinləşdirən bel və kürək ağrılarının qarşısını almaq və ya azaltmaq üçün bir neçə yol vardır…

Hamiləlik zamanı ən çox rastlanan şikayətlərdən biri bel və kürək ağrısıdır. Bu şikayətlər əsasən doğuşdan 2-3 ay sonra yox olur. Hamiləlik zamanı fetusun getdikcə böyüməsi və ağırlaşması bel ağrısının başlıca səbəblərindəndir. Digər bir səbəb də hamiləlik zamanı bədəndəki bağlarda zəifləməyə səbəb olan hormonların (relaxin) artmasıdır. Bu yumşalmanın məqsədi körpənin doğuş kanalından rahat keçməsini təmin etməkdir.

Bəs Hamiləliyin Son Dövründə Baş Verən Bu Bel Ağrılarının Qarşısını Almaq və ya Azaltmaq üçün Nə Edə Bilərsiniz?

 

Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu

 

 

Həddindən artıq çəki qazanmaqdan çəkinin

Həddindən artıq çəki qazanmaq kürək ağrılarını artıracaqdır. Həkiminizin məsləhət gördüyü çəkidən artıq olmamağa diqqət etməlisiniz.

Ayaqlarınız Arasında Bir Yastıqla Yatın

Əslində bu kürək ağrısı olan hər kəsə uyğun bir təklifdir. Əgər yan yatmağı sevirsinizsə, kürək ağrısının qarşısını almaq üçün ayaqlarınızın arasına yastıq qoya bilərsiniz. Kürəyinizə yüklənən təzyiqi azaldır və yatmağınız üçün daha rahat bir mövqeni təmin edir.

 Düzgün və Dik Durmağa Çalışın

Düzgün bir duruş, hamiləlik kürək ağrılarınız olsa da olmasa da çox şey dəyişir. Çoxumuz doğru bir duruşa sahib deyilik. Çiyinləriniz yüngülcə arxaya doğru, çənəniz yuxarıda və kurəyiniz dik bir şəkildə durmalısınız. Güzgüyə baxaraq özünüzü düzəldə bilərsiniz.

 

Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu

 

 

Doğru Ayaqqabı Geyinin

Geydiyiniz ayaqqabılar kürək ağrısına səbəb ola bilər. Düz ayaqqabıları geyinməyə üstünlük verməlisiniz. Hamiləlik boyunca yüksək topuqlu ayaqqabıdan uzaq durmaq lazımdır.

Məşq Edin

Məşqlər, hamiləlik dövründə baş verəcək kürək ağrılarını yüngülləşdirmək və ya qarşısını almaq üçün olduqca təsirli bir üsuldur. Fərqli şəkillərdə işə yarayır. Birincisi, bədəninizə elastiklik qatar, xüsusilə də hamilə yoqası etsəniz. Eyni zamanda rahatlamağınıza səbəb olar. Əlbəttə, hər hansı bir idmana başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Masaj Etdirin

Masaj bel ağrılarınızı üçün mükəmməl bir həll yolu ola bilər. Hamilə masaji üzrə ixtisaslaşmış bir şəxs sizi lazımi dərəcədə masaj edə bilər.

Həkiminizə Müraciət Edin

Əgər yuxarıda qeyd etdiyimiz təkliflər sizə yardımçı olmayıbsa, həkiminiz mövcud vəziyyətə aydınlıq gətirə bilər. Həkiminiz sizə ən uyğun ağrı kəsici dərmanlardan istifadə etməyi bildirəcək.

Fuad Nəzərov

7 dekabr 2015
GO BACK