Qadin.NET / Epidural anezteziya və hamiləlikdə bel ağrısı

Epidural anezteziya və hamiləlikdə bel ağrısı

Epidural anezteziya və hamiləlikdə bel ağrısı

 

Epiduralin anesteziyanın ən əhəmiyyətli üstünlüyü bədənin ağrıya səbəb olan normal reaksiyası ilə bağlıdır. Ağrı, qan dövranında stress hormonlarının tərpənməsinə səbəb olur və bu hal ürək atışlarının sürətlənməsinə və qan gəlməsinə səbəb ola bilər. Epidural isə bu ağrının əmələ gəlməsinin qarşısını alaraq bu yan təsirləri də ortadan qaldırır.Günümüzdə qadınların bir çoxu doğuş əsnasında ağrını hiss etməmək məqsədilə xüsusi anesteziya növü olanepidural anesteziyanı seçirlər. Epidural anesteziya isə bu şəkildə olur: Beyinə ağrı siqnallarını aparan sinirlər epidural aralıqdan keçir və bu bölgəyə inyeksiya edilən anesteziya köməyilə ağrı siqnallarının qarşısı alınır. Hər kəs ağrını fərqli şəkillərdə hiss edir amma ağrının şiddətli olması kimin daha güclü olması ilə heç bir əlaqəsi yoxdur.

Epidural anesteziyasından dərhal sonra ayaqlarda yüngül bir batma hissi olacaq və ana özünü bir qədər gücsüz hiss edəcəkdir və bu səbəbə görə çox gəzmək düzgün deyil.Ananın edəcəyi ən yaxşı şey, doğuşdan sonra yataqda qalmaqdır. Bundan başqa, tibb bacısı körpənin və ananın ürək döyüntülərini tez-tez yoxlayacaqlarına görə ananın yataqda olması vacibdir.

Hamiləlikdə Bel Ağrısı və Qorunma Yolları

Hamiləlik, bir sıra problemlər ilə birlikdə qadın üçün fərqli bir mərhələdir. Qadının psixoloji və ya bədən sağlamlığına da təsir edir. Daha əhəmiyyətlisi, təxminən doqquz ay on gün davam edən hamiləlik dövrü, bütün yaşanılan problemlərin və çəkilən əziyyətlərin unudulduğu doğum prosesi ilə yekunlaşır.

Doğuş ağrılarının ya da doğuş zamanı baş verənlərin, ana körpəni qucağına aldığı anda bir mənası qalmır. Buna görə hamiləlikdə yaşanan narahatlıqlar, çox vaxt ana tərəfindən səbrlə qarşılanır.

Hamiləlikdə Bel Ağrısı Nəyə Görə Olur?

Hamiləlikdə Bel Ağrısı

Hamiləlikdə ən çox yaşanan problemlərdən bel ağrıları, xüsusilə son üç ay ərzində artır. Bu vəziyyətin əsas səbəbi, ananın daşıdığı yükün artması,vücud anatomiyasında dəyişikliklərin olmasıdır.Yatağın anotomik olmaması və ana namizədinin yastıqsız yatması, çox yumşaq yastıq istifadəsi da bel ağrılarını artırır.

Hamiləlikdə Bel Ağrılarından Necə Qorunmaq Lazımdır?

Hamiləlikdə bəzən ilıq su ilə duş qəbul etmək, oturarkən bel boşluğuna yastıq qoymaq,çox yumşaq kreslolar və kətildə uzun müddətli oturmamaq, ağır işlər görməmək və davamlı əyilib qalxmamaq hamiləlikdə bel ağrısı problemini daha yüngül keçirməyinizə yol açacaqdır. Oturacaqlar anatomik olmalı, yatağınız çox sərt və ya çox yumşaq olmamalıdır. Bir az yüksək bir yastıqdan istifadə edilməli və bütün ağırlığınızı belinizə salmamaq üçün başınız bir az hündürdə yatmalısınız.

Hamiləlikdə Ayağınız Ağrıyarsa;

Hamiləlikdə bel ağrısına görə qətiyyən ağrı kəsici istifadə etməyin.Narahat edən ağrıları ilıq su ilə bir duş rahatlaşdıracaq. Duşu, hamiləlik çatlarının genişlənməməsi üçün çox isti olaraq qəbul etməmək lazımdır. Bununla birlikdə duşdan sonra belinizi bürüyərək isti tutmaq sizi xeyli rahatlaşdıracaq.

Fuan Nəzərov

8 mart 2017
GO BACK