Qadınlarda ən çox görülən xərçənglərdən biri ana bətni xərçəngidir.
Ana bətni xərçəngi endometrium adlandırılan uşaqlıq içərisini döşəyən zərin xərçəngidir, buna görə ana bətni xərçəngiendometrium xərçəngi adlanır.
Menopauzadan sonra görülür
Ana bətni xərçəngi, qadın yumurtalama sisteminin ən çox görülən xərçəng xəstəliyidir. Qadınlarda da ən çox rastlanan 4-cü xərçəngdir. Qadınlarda daha çox menopauzadan sonra ortaya çıxır, orta hesabla görülmə yaşı 61ödir, xəstələrin yalnız %5-i 40 yaşın altındadır.
Hamiləlik ana bətni xərçəng riskini azaldır
Ana bətni xərçəngi inkişafında ən mühüm amil endometrium hüceyrələrinin qarşılıqsız ostrogen hormonuna məruz qalmasıdır.Ostrogen hormonu hüceyrə səviyyədə endometrium hüceyrələrinin inkişafına yol açarkən yumurtalıqlardan ifraz olunan başqa bir hormon olan progesteron da ostrogenin bu təsirinə təzyiq göstərir. Əgər həmin bu şəraitdə progesteron hormonu yetərli səviyyədə olmazsa endometrium hüceyrələrində ostrogenə bağlı nəzarətsiz inkişaf meydana gəlir və bu şəkildə endometrium təbəqəsində qalınlaşmağa və hüceyrə səviyyəsində nəzarətsiz inkişafa bağlı olaraq xərçəng inkişafına yol aça bilər.
Hamiləlik dövründə yumurtalıqlardan ostrogen hormonu ifraz olunmadığına görə endometrium üzərində ostrogen təsiri olmur və bu şəkildə ana bətni xərçəng riski azalır.
Ana bətni xərçəngi inkişafında risk faktorları
–Heç doğum etməmək
–Obezite (köklük): Yağ hüceyrələrindən ostrogen hormonu ifraz edilir
–Erkən yaşda adət olmaq
–Gec menopauza yaşı
–Endometrial hiperplazi (uşaqlıq divarında qalınlaşma) kimi ana bətni xərçənginə qabaqcıl lezyonlar
–Çox yağ tərkibli pəhriz tətbiqi–Diabetes Mellitus (şəkər xəstəliyi)
Riski azaldan faktorlar
–Doğum kontrol həb istifadəsi (1 illik istifadə, 10 il qoruyucu təsir göstərir)
–Siqaret çəkmək (vagina ağzı xərçəng xəstəliyini artırır)
–Çox doğuş etmək
–Az yağ tərkibli pəhriz
–Nizamlı adət olmaq
Fuad Nəzərov