Qadin.NET / Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun

Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun

 

Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun

 

Hamiləlik zamanı nə qədər sağlam (fit) və formada olsanız, hamiləlikdən sonra da sağlam formanızı geri qaytara bilərsiniz. Fitnes experti Melinda Niççi sadə və effektiv məsləhətlərini sizinlə bölüşür.

Birinci trimesterdə

1ci trimesterdə (ilk 3 ay) 900 qram ilə 1.8 kiloqram çəki artımı görə bilərsiniz. Expert Melinda düşünür ki, elə bu vaxt müntəzəm şəkildə gəzməyə getməlisiniz. Həftədə ən azı 3 dəfə 30-40 dəqiqə sürətli gəzin, hətta daha yaxşı idman üçün əllərinizi önə-arxaya edərək sürətli gəzin.

İkinci trimesterdə (ikinci 3 ay)

 Bundan sonra həftədə 220 qram – 450 qram arasında çəki artımı görə bilərsiniz. Əzələlərinizi işlətsəniz və gücləndirsəniz, öz bədəninizi doğuma yaxşı hazırlamış olarsınız. Yüngül idmanlar, yoqa və meditasiya məşğul olmaq məsləhətdir. Həkiminizlə hansı idmanları eləməyin uyğun olduğunu öyrənin. Həm də yatanda beliniz üstə uzanmayın. Bəbənin çəkisi venalarınızı təzyiqə məruz buraxar.

 

Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun

 

Üçüncü trimesterdə (üçüncü 3 ay)

İndi siz sürətli şəkildə çəki artımı görürsünüz. Gündəlik əlavə 200 kaloriyə ehtiyacınız var. Bu mərhələdə aktiv və fəal olmaq sizə ağrıyan ayaqlara, varikoz venalara (dəriyə çıxmış venalar) və şişmiş əl-ayaqlara qarşı kömək edər. Arxanızı, ayaqlarınızı və əllərinizi gücləndirməklə doğuma hazırlığınızı artıra bilərsiniz. Üzgüçülük 3cü trimester üçün əla idmandı. Ekpert Melinda idman elədiyiniz zaman bunları nəzərdən keçirmənizi məsləhət görür.

İdmanlar orta intensivliydə məşğul olun (idmanlar arası dincəlin).

 

Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun

 

Sərində olun və çoxlu su için.

Rahat geyimdə idman edin.

Qan şəkər səviyyənizi qorumaq üçün 2-3 idman əvvəl birşeylər yeyin.

Əgər idman zamanı ağrı hiss etdinizsə, dərhal həkiminizə bildirin.

Əgər ağrı, baş ağrısı, zəiflik, şişmə, qanama və baş gicəllənməsi hiss edən kimi idmanı dərhal dayandırın.

Birdən sürətli hərəkətlər etməyin.

Ağırlıq qaldırmayın.

Futbol kimi güclü oyunlardan uzaq olun.

Camal Əliyev

19 fevral 2016
GO BACK