Qadin.NET / Hamiləliyin əvvəlində yorğunluq hissi

Hamiləliyin əvvəlində yorğunluq hissi

Hamiləliyin əvvələrində qadınların çoxu yorğunluqdan şikayətlənər, bu çox təbiidir. Siz artıq hamiləsiniz və bədəninizin reaksiyası normaldır. İlk həftələrdə bədəniniz körpəyə qidaları ötürə bilmək üçün daha çox qan yaradır, bu artmış qanı ötürə bilmək üçün ürəyinizin daha çox işləməsi səbəbindən nəbziniz dəqiqədə 10-15 atış artar.

Bu dövrdə meydana gələn fiziki dəyişikliklərin xaricində ayrıca yeni duyğular və düşüncələrlə qarşı-qarşıyasınız. Körpənizin sağlam olub ola bilməyəcəyi, necə doğuş edəcəyiniz və necə ana olacağınız mövzusunda kompleks hisslərlə qarşılaşarsınız.

Hamiləlikdə hiss edilən  yorğunluğa qarşı nə kimi tədbirlər ala bilərsiniz?

İstirahət edin.

Gün içində hərdən bir yuxulayın, ayaqlaınızı yuxarıya qaldıraraq istirahət edin və enerjinizi təzələyin. Gün içərisində yata bilməsəniz, işdən sonra axşam yeməyindən əvvəl mürgüləyə bilərsiniz. İstirahət üçün yatmazdan bir müddət əvvəlindən yatağa girə bilərsiniz və gecə boyunca tez-tez sidiyə çıxıb yuxunuzu bölməməniz üçün yatmazdan bir neçə saat əvvəlindən su içməyin.

Hamiləliyin əvvəlində yorğunluq hissi

İdman edin.

Orta hesabla hər gün 30 dəqiqəlik bir gəzinti  enerjinizi təzələyər.

Doğru qidalanın.

Doğru və yaxşı qidalanmaq  hamiləlikdə hər zamankindən daha əhəmiyyətli, hamiləliyin əvvələrində  yorğunluq hissi  yetərincə dəmir və zülal möhkəmlətməsi olmazsa, çoxala bilər.

 

Hamiləlik dövründə idmanın faydaları

Hamiləlikdə idman çox faydalıdır, ancaq hər hamilənin idmana  başlamadan əvvəl həkimiylə məsləhətləşməsi lazımdır. Hamiləliyinizin xüsusi və riskli, bir vəziyyəti yoxsa, həkiminiz idman etmənizə icazə verəcək. Ümumiyyətlə 3-cü ay bitdikdən sonra idmana başlanılması tövsiyə edilir.

- Bel və kürək ağrılarını azaldır.

- Yuxu problemini azaldır.

- Ana namizədinin həm fiziki həm psixoloji olaraq özünü daha yaxşı hiss etməsini təmin edər.

- Hamiləlikdəki duruş və bədən şəkil pozuqluqlarını azaldır.

- Normal doğuşu asanlaşdırır, qısaldır, sancıyı azaldır.

- Doğuş sonrasında da ana bədəninin daha asan toplanmasını təmin edir. (Doğuş sonrası da idman edilməlidir.)

- Ananın özünə etibarını artırar.

- Ananın daha uyğun şəkildə kökəlməsini təmin edər.

- Hamiləlikdə yaranan şişkinliyi azaldır.

Hamiləliyin əvvəlində yorğunluq hissi

Hamiləlikdə idman nizamlı olaraq edilməlidir. Ara vermək, bəzən edib bəzən etməmək faydalı olmadığı kimi zərərli ola bilər. Bu səbəblə həftədə ortalama 3 gün (2 gündə bir) nizamlı olaraq idman edilməlidir. İdmanda məqsəd əsla kilo vermək və ya almağı maneə törətmək deyil. Bu məqsədlə idman edilməməlidir. İdman edərkən uyğun qidalanmaya diqqət etdiyinizdə hər hamilə kimi normal şəkildə kilo alarsınız. Onsuz da hamiləlikdə kilo almağı maneə törədəcək qədər ağır və uzun idmanlar məsləhət görülmür. İdman həddindən artıq uzun və sizi nəfəs nəfəsə buraxacaq qədər ağır olmamalıdır. Orta hesabla 20-30 dəqiqə idman  uyğundur və həddindən artıq tərləmə, əldən düşmək, nəfəs nəfəsə qalmamaq şəkilində nizamlanmalıdır. İdman müddətində 5-10 dəqiqədə bir qısa istirahət və nəfəs alaraq rahatlamalar edilməlidir. Hər zaman məşqə başlamadan əvvəl 5 dəqiqə yavaş-yavaş isinmə hərəkətləri edilməlidir və idmanı bitirərkən də yavaş-yavaş bitirilməlidir.

7 iyun 2015
GO BACK