Qadin.NET / Hansı şərtlərdə evdə doğuş etmək olar?

Hansı şərtlərdə evdə doğuş etmək olar?

Son illərdə yediyimizə, içdiyimizə və hətta geyindiklərimizə belə diqqət edirik, təbii olmasına diqqət göstəririk. Bu təbiilik trendinə doğum üsulları də qatıldı. Xüsusilə hipnozla doğum edən Kate Middletondan sonra, daha təbii və ağrısız doğumun necə ola biləcəyi müzakirə edilməyə başlandı. Və nənələrimizin doğum metodları ciddi bir şəkildə gündəmə gəldi: Evdə doğum necə olur?

Bunun üçün evdə doğuş haqqında ən çox maraq edilənləri araşdırdıq.

Hansı şərtlərdə evdə doğuş etmək olar?

Niyə evdə doğuş?

Əsrlər boyunca qadınlar doğuş  vəziyyətiylə bəzən yalnız, bəzən də ailə fərdləri yoldaşlığında başa çıxdılar. Doğuş təbii və möcüzəvi bir şey olduğu qədər riskləri də özü ilə gətirir. İllər içərisində tibb və texnologiya irəlilədi və qadınlar 19-cu əsrin əvvəllərindən etibarən xəstəxanada doğuş etməyə başladılar. Bu daha az körpə itkisi, daha gigiyenik mühitlərdə doğuş və dərmanlardan faydalana bilmə kimi rahatlıqları da özü ilə gətirdi.

Zaman içərisində qadınlar təkrar ən təbii üsullara yönəlməyə başladılar. Evdə doğuş da bu şəkildə yenidən gündəmə gəldi. Evdə doğuş heç bir sağlamlıq probleminiz olmadığı təqdirdə doğmaq üçün ən yaxşı üsullardan biri ola bilər.

Kimlər evdə doğa bilər?

• Əgər normal, sağlam, problemsiz gedən bir hamiləlik keçirirsinizsə,

• Həkiminiz bir qorxu görmürsə,

• Qeysəriyyə, epidural kimi üsullara qarşısınızsa,

• Bu inanılmaz təcrübəni ailənizlə birlikdə yaşamaq istəyirsinizsə,

• Evinizin rahatlığında və atmosferində daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə,

• Arada yemək yemək, duş almaq, gəzinmək kimi ehtiyaclarınızı evinizdə etmək istəyirsinizsə, evdə doğuş edə bilərsiniz.

Kimlər evdə doğuş edə bilməz?

• Həkiminiz sizin evdə doğuş üçün uyğun olmadığınızı düşünürsə,

• Diabetiniz varsa,

• Hamiləlik əvvəlində və ya əsnasında yüksək təzyiqiniz olubsa,

• Körpənizin yarımçıq doğma ehtimalı varsa və daha əvvəl yarımçıq bir körpə dünyaya gətirmisinizsə,

• İlk körpənizi qeysəriyyə etdirmisinizsə,

• Evinizdə doğuş üçün lazımlı şərait yoxdursa, evdə doğuş etməniz riskli ola bilər.

Hansı şərtlərdə evdə doğuş etmək olar?

Evdə doğuş etibarlıdırmı?

Evinizdə doğuş edə bilmək üçün bütün ehtiyaclarınızı tamamlamısınızsa və uyğun mühiti seçmisinizsə, evdə doğuş edə bilərsiniz. Əgər sağlamlıq cəhətdən bir təhlükəli vəziyyətiniz yoxsa, normal bir hamiləlik keçirirsinizsə, hər hansı bir təcili vəziyyətdə körpəni və sizi ən yaxın xəstəxanaya apara biləcək kimlərsə varsa, evdə doğuş etibarlı bir variantdır.

Bununla bərabər psixoloji olaraq doğuşa hazırlanan və evdə doğuş edən qadınların daha qısa müddətdə və daha rahat doğduqları da bilinir.

Evdə doğuş edərkən diqqət yetirməniz lazım olanlar nələrdir?

• Sizə dəstək olması üçün bir tibb bacısı və bir qadın doğuş mütəxəssisi evdə sizinlə birlikdə olmalı,

• Doğuşu tutacaq mütəxəsislə mütləq əvvəldən görüşün, danışın və doğuşu birlikdə planlayın,

• Hər hansı bir təcili vəziyyət olması halında xəstəxanaya ən qısa müddətdə necə və kim tərəfindən çatdırılmanızı əvvəldən təyin edin,

• Doğuşun gecə reallaşması vəziyyətində, 24 saat içərisində tapa biləcəyiniz bir uşaq həkimi tapın. Körpənin təcili olaraq nəzarətə alınması lazım ola bilər.

Hansı şərtlərdə evdə doğuş etmək olar?

Təcili olaraq xəstəxanaya getməniz lazım olan vəziyyətlər

Evdə doğuşun təbii və gözəl olduğundan bəhs etdik, lakin bu müasir tibb elminin nemətlərindən bir az uzaqlaşmanız mənasına da gəlir. Evdə doğuş əsnasında aşağıdakı vəziyyətlərdən birini yaşayırsınızsa, sizə kömək edən səhiyyə işçilərinin köməkliyi ilə dərhal ən yaxın xəstəxanaya gedin.

• Doğuş vaxtında həyata keçmirsə,

• Körpənin amniyotik mayesində  (körpənin ilk nəcisi) dair izlər varsa,

• Körpədən əvvəl plasenta gəlirsə,

• Körpə kordonu körpədən əvvəl gələrsə və ya dolanarsa,

• Vaginal qanama varsa və çoxsa,

• Plasenta içinizdən çıxmazsa,

• Körpə yaxşı görünmür, normaldan sürətli nəfəs alıb verir və ürəyi çox sürətli döyünürsə, dərhal ən yaxın xəstəxanaya getməlisiniz.

25 iyun 2015
GO BACK