Qadin.NET / Hamiləlikdə bahar allergiyası

Hamiləlikdə bahar allergiyası

Hamiləlikdə bahar allergiyası

Bahar allergiyaları ən çox may ilə oktyabr ayları arasında olur. Çünki bu aylarda tozlar havada daha çox gəzir. Bahar allergiyası olduğunuzu burun axıntısı, qaşıntı və göz qızartısı kimi simptomlardan anlaya bilərsiniz. Hamiləsinizsə, bu vəziyyətə daha çox diqqət etmək lazımdır, çünki hamiləlikdə bəzi çətinliklərlə qarşısını almaq məcburiyyətində qalırsınız. Normal şərtlərdə immunitet sisteminiz allergiya vəziyyətində bu istənməyən zərərli maddələri bədəndən atmaq üçün müxtəlif kimyəvi maddələr ifraz edir. Hamiləlikdə bədən bu maddələri ifraz etməkdə çətinlik çəkir. Əgər bahar allergiyası keçirmiş birisinizsə, hamiləlik zamanı bunlara diqqət etməlisiniz.

 Bahar aylarında tozlardan narahat olan vücudunuz varsa, pəncərə açmaq yerinə kondisioner istifadə edə bilərsiniz, lakin kondisionerin başqa xəstəliklərə gətirib çıxarmaması üçün çox yaxşı təmizlənməsi lazımdır.

Tozların çox sıx olduğu həftələrdə parklarda və bağlarda çox olmamağa çalışın.

 Çöldə vaxt keçirmisinizsə, evə gələndə dərhal paltarlarınızı dəyişin və bədəninizdə toz qalmış olması ehtimalına qarşı dərhal duş alın.

Paltarlarınızı qurutmaq üçün bu aylarda çölə asmayın.

Hamiləykən allergiya dərmanı istifadə edilə bilərəmi?

Əgər allergiya vəziyyətiniz yemək yemənizi və ya yatmanızı çətinləşdirəcək səviyədədirsə, dərman istifadəsi üçün həkiminizlə məsləhətləşə bilərsiniz. Hər nə qədər ilk həftələrdə dərman istifadəsindən qaçmaq istərsək də, bir çox allergiya dərmanı son 6 həftədə istifadə edilə bilinər. Burun açıcı spreylər sizi rahatlaşdırsa, bu nə sizə, nə də körpənizə zərər verməz. Əgər bundan əvvəlki dövrlərdə nizamlı olaraq allergiya iynələri vurduran birisinizsə, həkiminiz icazə verdiyi təqdirdə iynə vurulmasına davam edə bilərsiniz. Lakin ilk dəfə vurduracaqsınızsa, bədəninizin verəcəyi reaksiya bilinmədiyindən hamilə ikən allergiyaya qarşı iynə vurdurmayın.

Hamiləykən allergiya testi etdirmək olarmı?

Əgər çox tez-tez allergiya yaşayırsınızsa və səbəbini təsbit edə bilmirsinizsə, daha rahat bir hamiləlik keçirmək naminə doğru müalicə ola bilmək baxımından allergiya testi etdirə bilərsiniz. Testi edən səhiyyə quruluşu qollarınıza müxtəlif allergiyalardan bir miqdar tətbiq etdikdən sonra nələrə reaksiya verib vermədiyinizi təsbit edəcəkdir. Test etdirmədən əvvəl hər zaman həkimə müraciət etməlisiniz.

4 iyun 2015
GO BACK