Qadin.NET / Hamiləlikdə pəhriz və qidalanmaq

Hamiləlikdə pəhriz və qidalanmaq

Hamiləlik müddəti bir qadının yaşaya biləcəyi, bəlkə də ilk və tək xüsusi prosesdir. O qədər xüsusidir ki, həyatındakı başqa heç bir hadisəyə bənzəməz. Nə ilk məktəbə başladığın günə, nə universitetə qəbul olduğunu öyrəndiyin ana, nə evləndiyin, nə məzun olduğun, nə ilk iş gününə; heç biri bir uşaq sahibi olmaq qədər insana həyat qaynağı ola bilməz. Həyatın bu ən əhəmiyyətli mərhələsinin əlbəttə ki, çətin bir prosesi də vardır. Bu müddət içində qadın həm özünə, həm körpəsinə yaxşı baxmalıdır. Həyatın hər dövründə problem yaradan kilo problemi hamiləlik müddətində də hamilə qadına əlavə problemlərdəndir. Hər  bir hamilə qadının az və ya çox mütləq çəkisi artır. Çəki artmağı isə hər bir hamilə qadında fərqlidir. Çünki hər kəsin özünə xas bir maddələr mübadiləsi, genetikası, həyat tərzi, həyat tempi, fiziki xüsusiyyətləri var.

Hamiləlikdə pəhriz və qidalanmaq

Bütün bu fərqliliklərə bir də hamiləlik yaşı, hamiləliyin riskli olub olmadığı, körpənin böyümə sürəti kimi faktorlar əlavə olunduqda, bir hamilə qadın üçün kilo alıb-vermək vəziyyəti olduqca spesifik hala gəlməkdədir. Bu səbəbdən hamiləlik hər qadın üçün tam fərqli bir təcrübədir. Hətta eyni qadın üçün iki hamiləliyi bir-birindən tamamilə fərqli keçə bilər.

Hamiləlikdə qadınların çəkilərinin artması müxtəlifdir. Məsələn: bəzi hamilə qadınların hamiləliyin ilk həftələrində çəkiləri birdən birə sürətlə artır, sonra isə sürətləri yavaşlayır. Bəzi hamilə qadın ilk aylarda ürək bulanmasına görə çəkiləri az artır və ya heç artmır və hətta bəzən çəkiləri azala bilir. Bəzi hamilələrin isə hamiləlik müddətində çəkiləri sürətlə arta bilir. Və bu vəziyyət qadınlarda böyük bir problem yaradır. Həyatı boyunca çəkisinin atmaması üçün pəhriz edən, düzgün qidalanan, idman edən, müxtəlif çəki azaldıcı üsullara müraciət edən hamilə qadının etdiyi bütün səylər bir anda yox olur. Amma hamilə qadın bunu unutmamalıdır ki, bir fərdi dünyaya gətirməyin verdiyi xoşbəxtlik, qürur hər şeyə dəyər. Bu hamiləlikdə ürəyi nə istəsə yeməli, istədiyi qədər kilo almalı mənasına əlbəttə ki, gətirməz. Amma bir insanın ən xoşbəxt  olduğu, ən doyunca yaşaması lazım olan müddət heç şübhəsiz ki, hamiləlikdir. Hamiləliyi bəzi sərhədlər içində tutmaq sağlam bir körpə və doğum üçün çox əhəmiyyətlidir.

Hamiləlikdə pəhriz və qidalanmaq

Hamiləlikdə pəhriz saxlamaq heç bir həkim ya da insan tərəfindən tövsiyyə olunmur. Amma hamilə bir qadın özünə uyğun pəhriz saxlaya bilər. Hamiləlikdə pəhriz dedikdə ağla ilk öncə normal mənasıyla çəki azaltmaq gəlməməlidir. Hamilələr də özlərinə aid bir qidalanma nizamı meydana gətirə bilər. Bu qidalanma nizamı yəni pəhrizin ilk məqsədi hamilə olan qadının çəkisinin həddindən artıq artmamasının qarşısını almaq, nizamlı və yavaş şəkildə lazım olduğu qədər çəkisinin artmasını təmin etmək olmalıdır. Hamiləlikdə qidalanma şəkli əsla qida növlərindən qaçınmaq olmamalıdır. Hamiləlikdə qidalanma yəni pəhriz hər şeydən lazım olduğu qədər yemək şəklində olmalıdır. Çünki hamilə bir qadına heç bir şeyi qadağa qoymaq olmaz. Hamiləlik vəziyyəti səbəbindən normalda yemədiyi bir şeyi yemək istəyə bilər. Bu  xüsusiyyət hamilə qadında ifraz prolaktin, progesteron hormonlarından irəli gəlməkdədir.

Hamiləlikdə yüksələn bəzi hormonlara görə  hamilə qadında mədə bulantıları, mədə yanmaları şikayətlərindən ötəri hamilə qadın nizamlı qidalana bilmir və nəticədə zəifləyir. Bu bulanma şikayətləri bəzən hamiləliyin ilk aylarında olur, bəzən isə doğuma qədər davam edə bilər. Buna görədə hamilə qadın hamiləliyin sonunda çəkisi  çox az artır. Lakin bu istənilən bir vəziyyət deyil, çünki körpənin 40 həftə boyunca çəkisi nizamlı artmalı və inkişafı tələb olunur. Hamilə qadın bətnində daşıdığı körpəsini  göbək bağının köməyiylə bəsləyir. Bu göbək bağı ilə körpə, ananın yediyi hər qidanın qana keçmiş şəkliylə qan ilə qidalanır. Bu səbəbdən körpə, inkişafı üçün lazımlı hər cür vitamin, mineral, zülal, karbonhidrat, yağ kimi qida qruplarını qan vasitəçiliyi ilə alır.

Hamiləlikdə pəhriz və qidalanmaq

Sağlam bir şəkildə gedən hamiləlikdə qadınlar 9 ilə 13 kilo arasında kilo artıra bilərlər. Bundan çox və ya az çəki artımı həm ana həm körpə üçün risk meydana gətirə bilər. 9 kilodan az kilo alarsa ana namizədləri müxtəlif səbəblərdən ötəri yaxşı qidalanmamış  və bu səbəbdən körpəsini də yaxşı qidalandıra bilməmişdir. 13 kilodan çox kilo alan hamilə qadınlarda isə həm doğum  çətin olur, həm də körpənin çox kilo almasına səbəb olur. Bundan əlavə çox kilo alan ana namizədləri doğumdan sonra bu kiloları azaltmaqda çətinlik çəkə bilərlər. Bu səbəbdən asan doğum etmək, doğum sonrası körpəsinə daha yaxşı baxa və öz psixologiyası baxımından ideal kilo almaq hər hamilənin məqsədi olmalıdır. Çox kilolu doğan körpələrin gələcəkdə şəkər, təzyiq, ürək, obezitə xəstəliklərinə tutulma riskləri artmaqdadır.

Ümumiyyətlə hamiləlik müddətində alınan kiloların təxminən 4-5 kilosu doğumdan dərhal sonra gedir. Bu 4-5 kilo; körpənin kilosu, suyu, ananın bədənindəki şişdir. Hamiləlikdə təxmini 10 kilo alan bir ana üçün bu rəqəm aldığı kiloların sayının yalnız yarısıdır. Bu səbəbdən doğumdan sonra da ana, bəslənmə nizamına yəni pəhrizinə diqqət etmək məcburiyyətindədir. Bunu edərkən əlbəttə ki, körpəsini əmizdirdiyi unutmamalıdır. Aldığı kiloları çox sürətli verməyə çalışan ana, doğum əsnasında itirdiyi enerjini geri ala bilməz, körpəsini bol südlə əmizdirə bilməz. Bu səbəbdən ana sağlamlığını itirsə körpə də onun qədər bundan təsirlənər. Doğum sonrasında ananın edəcəyi ən təsirli kilo vermə metod əmizdirməkdir. Elmi olaraq da əmizdirmək  enerji yandırır, kalorinin zəifləməsinə gətirib çıxarır. Əmizdirən bir ana gündə 500- 1000 ml süd verir.Əmizdirərkən ana, verdiyi hər 1 ml süd üçün 3 kalori enerji xərcləyər. Bu səbəbdən əmizdirən ana gündə ən az 1500 kalorilik enerji sərf edir. Bu da təxminən 140 dəqiqə orta tempdə gedişə bərabər gəlməkdədir. Yəni əmizdirən ana heç idman etməsə belə gündə 1500 kalori xərcləyər. Bu səbəbdən bu da onun aldığı kiloları nizamlı olaraq verə bilməsi mənasını verməkdədir. Doğumdan sonra ana normal doğum etdisə 1-2 həftə içində, keysəriyyə doğum etdisə 1 ay içində yavaş tempdə idman etməyə başlaya bilər. Yalnız doğum edən qadınlar üçün deyil bütün insanlar üçün edilməsi şərt olan idman sayəsində ana həm artıq çəkilərdən  xilas ola bilər, həm də körpəsinə daha məhsuldar şəkildə baxa bilər.

Hamiləlikdə pəhriz və qidalanmaq

Riskli hamiləliklərin xaricində hər hamilə idman edə bilər. Hamiləlikdə əlbəttə ki, ağır  idman növləri təklif edilməz. Yüngül tempdə gediş, yenə yüngül tempdə üzmə hamiləlikdə edilən idmanlardandır. Hamiləlikdə nizamlı edilən idman, çəkinin artmasını yavaşladır və eyni zamanda doğuma köməkçi olur. Hamiləlikdə idman ilə birlikdə balanslı qidalanma sayəsində həddindən artıq çəki artmasına maneə törədir. Hamiləlikdə qidalanmada əhəmiyyətli olan keyfiyyətli qidalarla qidalanmaqdır. Məsələn: zülal qrupundan yumurta, süd, qatıq, pendir, qırmızı ət, ağ ət hamilələr tərəfindən nizamlı istehlak edilməlidir. Tərəvəz qrupundan isə kök, pomidor, balqabaq, göyərti, kərəviz, kəvər, təzə paxla, barbunya kimi qidalar keyfiyyətli yeməklərdir. Xəmir işləri, çörək, qızartmalar, şəkərli qidalar, yağlar yalnız hamiləlikdə gərəksiz çəki artmasına gətirib çıxarır. Bundan əlavə bu qida qrupları çox qəbul edildikdə hamiləlikdə təhlükəli olan şəkər xəstəliyinə səbəb ola bilər.

28 may 2015
GO BACK