Qadin.NET / Hamilə və süd verən anaların makiyajı

Hamilə və süd verən anaların makiyajı

Hamilə və süd verən anaların makiyajı

Beynəlxalq Xərçəng Konqresində bir araya gələn elm adamları beyin və böyrəküstü bəzi şişlərinin meydana gəlməsində anaların hamiləlik və əmizdirmə dövrlərində etdikləri makiyajın və saç boyasının təsirli olduğunu bildirdilər.

Hamilə və əmizdirən anaların həddən artıq makiyaj etməsinin və saçlarını boyatmalarının uşaqlarda xərçəngə gətirib çıxartdığı ortaya çıxıb. Prof. Dr. Murad Tuncər xəstəliyin səbəbləri və tədbir üsulları mövzularının müzakirə edildiyini söyləyıb. O, aparılan araşdırmalar nəticəsində xüsusilə hamilə və əmizdirən anaların qidalanmaya, ətraf mühitə, istifadə etdiyi əşyalara və dərmanlara diqqət yetirməsi lazım olduğunu ifadə edib. 

Hamilə və süd verən anaların makiyajı

Hamiləlik dövründə nizamsız bəslənmə, spirt və siqaretdən istifadə, elektromaqnetik sahələrə, radiasiyaya, rentgen şüalarına məruz qalma, yanlış dərmanlardan istifadə etmə, şüursuz vitamin qəbul etmə, əkinçilik dərmanları ilə təmas etmə, çoxlu çay və qəhvə içmə kimi səbəblərdən uşaqlarında başda leykoz, lenfoma, beyin, böyrəküstü vəzi və böyrək şişlərinin ortaya çıxma riskinin artır. Anaların hamiləlik dövründə çox makiyaj etmələri də körpələrdə şiş yaranma riskini artırır. 

Hamilə və süd verən anaların makiyajı

Anaların hamiləlik dövrlərində göstərəcəkləri bu həssaslığı əmizdirmə dövründə də davam etdirməsi lazımdır. Aparılan araşdırmalar anaların saçlarını boyatmasının özləri üçün risk yaratmadığı, ancaq uşaqlarında böyrəküstü vəzi şişinin meydana gəlməsi riskini artırdığını aşkar edib. Uşaqlarını sağlam şəkildə dünyaya gətirmək və böyütmək istəyən anaların və ataların risk artırıcı bu amillərdən bacardıca uzaq durmalarını tövsiyə edilir.

Konqresdə elm adamlarının ortaya qoyduğu məlumatlardan xərçənglərin 35 faizinin düzgün qidalanmama, 30 faizinin siqaret, 20 faizinin infeksiyalar, 7 faizinin əlverişsiz seksual seçimlər və 4 faizinin isə iş səbəblərindən ortaya çıxdığı məlum olub. 

Hamilə və süd verən anaların makiyajı

Bir ədəd belə olsa, siqaret çəkilməməlidir. Həftədə iki dəfədən çox qırmızı ətdən istifadə etmək olmaz. Spirtli içkilərdən uzaq durulmalıdır. Hər gün 30 dəqiqə fiziki fəaliyyətdə olmalısınız. Uşaqlar doğuşdan etibarən ən az 6 ay əmizdirilməlidir. Süd və süd məhsullarından istifadə artırılmalıdır. Ətdən istifadə gündəlik 30 qramı keçməməlidir.

19 may 2014
GO BACK