Pisixoloq-həkimlər hamiləlik zaman dəmir ehtiyacının artdığını bildirərək hamilələrin ət məhsullarıyla yanaşı, bitki mənşəli dəmirlə zəngin olan qidalardan istifadə etməli olduqlarını bildiriblər.
Hörmətli ana namizədləri, limonu süfrənizdən əksik etməyin. Hamilə qadınlar gündəlik dəmir ehtiyacını ödəməlidirlər. Ət, qaraciyər və yumurtada olan dəmir hamilələrin ən asan istifadə edə biləcəyi vitamindir. Gündəlik qidalanmaya bu 3 qida məhsulu mütləq əlavə edilməlidir. Eyni zamanda limondan istifadə çox vacibdir. Paxlalı bitkilərlə limonlu salat, zeytun yağlı yeməklərin üzərinə bol limon məsləhət görürük.
Bəkməzdən uzaq durun
Bəkməzin hamiləlik diabetini artırdığını vurğulayan həkim-dietoloqlar hamiləlikdə əsla bəkməzdən istifadəni məsləhət görmürlər.
Bu, hamiləlikdə diabet riski yaradır. Yaşıl bitkilər, üzüm və quru paxlalardan istifadə etməklə dəmirə olan ehtiyacınızı ödəyə bilərsiniz.
Kofeinə diqqət
Gündə 2-3 fincandan artıq çay, 1 fincandan artıq qəhvə içməyin. Hamilələrdəki dəmir çatışmazlığının ən vacib səbəbi gün ərzində içilən miqdarsız və dəmli çaydır. Çox sevdiyimiz çay və qəhvə hamiləlikdə daha risklidir. Çaydakı fitat və teinlər, qəhvədəki kofein dəmirin sidiklə atılmasına səbəb olur. Çayı açıq rəngli olmaq şərtiylə gündə 2-3 fincandan artıq içməyin. İçinə limon dilimi atdığınızda C vitamini fitat və teinlərlə birləşərək sidiklə atılar. Beləcə, dəmirin sidiklə atılmasına mane olar. Ancaq kofeinsiz satılan və bol südlü qəbul edilən qəhvədən başqa seçimimiz yoxdur.
Diqqət edilməsi lazım olanlar
Bitki mənşəli qidaları bol limonla yeyin. Çünki limon qan yaradır. İspanağı da qida rasionunuzda artırın. Onu qatıqla yemək əvəzinə qırmızı ət, qiymə, yumurtayla bişirə bilərsiniz. Yanında da limonlu qida qəbul edə bilərsiniz. Beləcə, dəmir qatılıq nisbətini artırmış olacaqsınız. Nahar və axşam yeməklərində ət yeyə bilərsiniz. Ancaq gün ərzində 1 l-dən artıq qatıq və ya süd qəbul etməyin.Ət yeməkləri yeyərkən içə biləcəyiniz ən gözəl içki ayrandır.