Bəzi analar doğuşdan dərhal sonra qaçmağın əzələlər üçün vacib olduğunu düşünürlər. Doğuşdan sonrakı vəziyyətinizdən asılı olaraq həkiminiz sizə bir müddət idman etməyi qadağan edə bilər. Yaxşı olar ki, doğuşdan sonra idman etmək barədə həkiminizlə məsləhətləşıb onun dediklərinə əməl edəsiniz.
Yeni ana olmuş qadınlar üçün idmana və qaçmağa başlamağın bir çox yolu vardır. Hətta yeni ana olmuş qadınların fərqli məşqləri etdikdən sonra ana südünün miqdarının dəyişdiyi belə müşahidə edilmişdir.
Qaçış sizin üçün darıxdırıcı bir iş halına gəlməməlidir. Təkrar idmana başlamağınız üçün səbəb kimi idmanın və ya qaçışın sizi xoşbəxt etdiyini düşünün və belə motivasiya olun. Yorğun olsanız belə özünüzə ayıracaq bir az zaman tapa bilərsiniz. Yenidən idmana başlamaq sizin özünüzü daha enerjili hiss etməyinizə səbəb ola bilər.
Bədəni inkişaf etdirməyə başlamaq sizin üçün yaxşı başlanğıc ola bilər. Diz və ayaq biləyi oynağınız üçün treadmill daha yumşaq olacaq. Dərhal dəyişiklik gözləməyin. Əgər doğuşdan öncəki kimi keyfiyyətli idman edə bilmirsinizsə, özünüzü pis hiss etməyin. Hər kəs idmana fərqli bir sürətlə başlayır. Yaxşısı budur, öz bədəninizi dinləyin. Qısa və az sürətli qaçışla başlayın ki, bədəniniz təkrar qaçmağa alışsın.
Yeni körpə sahibi olduğunuz üçün artıq köhnə idman etmə şəkliniz sizə uyğun olmayacaq. Lakin sizin üçün müəyyən bir qaçış və ya idman etmə planı etibarlı olmayacaq. Buna görə də əgər müəyyən bir müddətdə hər gün və ya hər həftə idman etmək istəyirsinizsə, körpənizi əmin əllərə etibar edin.
Qidalanma və maye qəbulu hər şeydən daha əhəmiyyətlidir. Qaçarkən kifayət qədər su içdiyinizdən əmin olun. Bir də təbii ki, əvvəlkindən daha çox yemək yeyəcəksiniz. Əgər uşağınızı əmizdirirsinizsə, hər gün 500 əlavə kaloriyə ehtiyacınız var.
Yaşadığınız şəhərdə sadə qaçış yarışı təşkil olunursa, sırf idmana təkrar başlamaq və motivasiya olmaq üçün özünüzü bu yarışa hazırlayın.