Qadin.NET / Hamiləlikdə bunlardan uzaq olun

Hamiləlikdə bunlardan uzaq olun

Çiy və az bişmiş ətlərdə olan toksoplazma adlı parazit bəzi narahatlıqlara səbəb ola bilər. Hamiləliyin ilk dövründə bu parazitə yoluxsanız,  körpələrdə yüksək atəş, sarılıq, müxtəlif tənəffüs yolu xəstəlikləri, göz və sinir sistemi xəstəlikləriylə da qarşılaşa bilərsiniz.
Hamiləlikdə bunlardan uzaq olun
Pasterizə olmayan süd məhsulları
Pasterizə olmayan süddən hazırlanan pendirdə listeria adlı bakteriya olur. Bu bakteriya erkən doğuşa və doğuş qüsurlarına yol aça bilər.
Hamiləlikdə bunlardan uzaq olun
Dəniz məhsulları
Hamiləlik dövründə dəniz məhsullarına diqqət yetirin. Dənizlərin ağır metallarla çirklənməsi canlılara da təsir edir. Xüsusilə də lap dərinlərdə yaşayan dəniz canlıları bu tullantı maddələrindən daha çox təsirlənir. Buna görə də dəniz məhsulları zəhərlənməyə səbəb ola bilər. Çalışın istridyə, xərçəng kimi çiy və ya az bişmiş qabıqlı dəniz məhsullarını istehlak etməyin. Balıq seçimi edərkən isə mövsüm balığı seçin.
Hamiləlikdə bunlardan uzaq olun
Çay
Qara çaydan çox diqqətlə istifadə edin. Çay dəmirin sorulmasını azaltdığı üçün mümkün olduqca çaydan qaçın. Əgər çox içmək istəyirsinizsə, açıq və limonlu çay için.
Hamiləlikdə bunlardan uzaq olun
Hazır meyvə suyu
 Hazır meyvə sularından qətiliklə uzaq durun. Həddindən artıq şəkərli olan meyvə sularına qatqı maddələri də daxildir. Bunun üçün təzə sıxılmış meyvə sularını seçin.
Hamiləlikdə bunlardan uzaq olun
Siqaret
 Siqaret körpənin doğum zamanı az çəkili olmasına gətirib çıxarır. Sağlam olmayan bir körpə dünyaya gətirərsiniz. Siqaret çəkilən mühitlərdən qətiliklə uzaq durun.
Hamiləlikdə bunlardan uzaq olun
Spirt
Hamiləlik boyunca nizamlı bir şəkildə içilən spirtli içki körpədə zəka geriliyinə gətirib çıxarar.
Hamiləlikdə bunlardan uzaq olun
27 aprel 2014
GO BACK