Tədqiqatlar göstərib ki, hamiləlik zamanı gərginlik keçirmək hamiləliyin 17-ci həftəsindən etibarən körpənin beyin inkişafına təsir edir. Hamiləlik zamanı yaşanan stress halları həm ananın, həm də körpənin inkişafına mənfi təsir göstərir. Mütəmafi olaraq yaşanan stress ciftin quruluşunda bir sıra dəyişikliklərə gətirib çıxarır ki, bu da körpənin görmə qabiliyyətinə də təsir edir.
Stress uşağın ölü doğulmasına səbəb olur
Hamilə qadının stress keçirməyi bətndəki körpənin beyin funksiyalarına və davranışlarına təsir edir. Digər bir araşdırmlar nəticəsində məlum olub ki, hamiləlik dönəmində gərginliklər keçirən ananın körpəsi sonradan hiperaktiv olur, onda davranış və hissi pozuqluqlar yaranır. Bununla yanaşı, yaşanan gərginlik uşağın ölü doğulması riskini artırır.
Vaxtından əvvəl doğumun səbəbi
8719 hamilə ananın üzərində aparılan iki fərqli müşahidələrə əsasən, 30 həftə dalbadal stress yaşayan qadıların vaxtından tez doğum keçirəcəkləri qeydə alınıb. Birinci araşdırmada erkən doğumun 34-cü, ikinci araşdırmada isə 37-ci həftədə olacağı müəyyənləşdirilib və bu qeydlər demək olar ki, özünü doğruldub.
Buna görə də hamiləlik zamanı bacardıqca stress yaradan hadisələrdən uzaq olmalı və gərginliyi özünüzdən tamamilə uzaqlaşdırmalısınız.
Stresi azaltmaq üçün yaşam tərzinizi dəyişə, ya da sizə gərginlik gətirən halları birdəfəlik həll edə bilərsiniz. Əgər işləyirsinizsə, o zaman yaşam tərzinizi bir qədər dəyişməlisiniz. Hamiləlik dövrü irəlilədikcə sizdə fiziki narahatlıqlar da başlayacaq. Ona görə də bu dövrü rahat şəraitdə keçirməyiniz məsləhətdir. Düzgün qidalanın və hamilələr üçün məşqlərə müraciət edin. Ən əsası da odur ki, məşqlər düzgün seçilsin. Buna görə də mütəxəssisə müraciət edin.