Sağlam həyat üçün ən çox seçilən idman növlərindən biri olan pilates hamilələrin doğuşa hazırlıq müddətində çox seçdiyi üsullardan biridir. Məşqlərdə pilates topundan istifadə normal doğuşun vacib ünsürləri arasında yer alır.
Doğum əsnasında topdan istifadə hərəkətləri məhdudlaşdıran yatağa alternativ olaraq istifadə edilir. Topun üzərində oturmaq ana bətnindəki körpənin aşağı enməsini dəstəkləyir. Doğum topu təzyiq yaratmadan perianal dəstək təmin edir və körpənin çanaq sümüyündəki mövqeyinin qorunmasına kömək edir.
Hamilə qadınlar üçün pilates məşqlərinin tətbiqi həm hamiləlik zamanı, həm də normal doğuş əsnasında ortaya çıxan kürək və bel ağrılarını, qıcolma və sancıların təsirlərini yüngülləşdirir. Eyni zamanda doğuşun daha asan və tez baş verməsini təmin edir. Analar pilates topunun doğuşda özlərinə uyğun mövqelər yaradaraq körpənin gəlişini asanlaşdırdığını söyləyirlər.
Hərəkət azadlığı verilən bir qadının doğuşu daha komfortlu keçir. Doğuşda hərəkət azadlığı ananın doğuş sancılarını daha rahat qarşılamasını və körpənin uşaqlıq yolunda irəliləməsini dəstəkləyir.
- Topun üzərində oturmaq çanaq sümüyünün açılmasını təmin edərək doğuşun sürətlə reallaşmasını təmin edir. Topun üzərində yüngülcə hərəkət etmək doğuş sancılarını böyük ölçüdə azaldır.
- Oturma mövqeyi doğuş əsnasında ananın kürək və belinə yüngül masajlar edilməsinə və anaya dəstək olunmasına imkan verir.
- Açılış və körpənin doğulması zamanı topdan istifadə doğuşun daha asan və sağlam baş tutmasını təmin edir.