Qadin.NET / Hamilələr üçün məsləhətlər

Hamilələr üçün məsləhətlər

Hamilələr üçün məsləhətlər 

Sevdiklərinizə və yoldaşınıza bu xoşbəxt xəbəri verdiniz, indi isə hamiləlik prosesinin necə keçəcəyinimi düşünməyə başladınız? 

Budur, 9 ay ərzində sizə köməkçi ola biləcək əhəmiyyətli şeylərin siyahısı... 
1. Əvvəlcə gözlənilən doğum tarixini hesablayın. Təxmini doğum tarixi son aybaşının başladığı tarixə 7 əlavə olunub 3 ay geriyə gedərək praktik bir şəkildə hesablana bilər. Unutmayın ki, körpələrin yalnız 5%-i təxmini doğum tarixində doğulur. 
Gələcəkdə sizə əhəmiyyətli günləri xatırladacaq şəxsi təqvim hazırlaya bilərsiniz. Körpənizin ürək döyüntülərini ilk dəfə duyduğunuz, cinsiyyətini öyrəndiyiniz və digər əhəmiyyətli günləri qeyd edə bilərsiniz. 
2. Hamiləlik müddətində sizi müayinə edəcək həkiminiz barədə qərar verməyiniz vacibdir. Həkiminizi seçərkən sizi anlaya biləcək və hamiləlik boyu sizin özünüzü rahat hiss edə biləcəyiniz bir həkimin olmasına diqqət edin. Ümumiyyətlə, həkimlər ilk müayinəni körpə 8 həftəlik olduqdan sonra həyata keçirir.
Hamilələr üçün məsləhətlər 
3. İkicanlı ikən orqanizminizə diqqət etməyə başlamalısınız. Kafi miqdarda fol turşusu və bütün qida qruplarından balanslı bir şəkildə qəbul etdiyinizə əmin olmalısınız.
Hamiləlik boyu həkiminizlə məsləhətləşərək idman edə, hərəkətli həyat sayəsində daha asan hamiləlik keçirə bilərsiniz. Yuxunuza diqqət yetirməli, tez-tez istirahət etməyə diqqət göstərməlisiniz. 

4. Hamiləliyin bəzi əlamətləri haqqında məlumatlanıb hazırlıqlı olmağınızda məsləhətdir. Bu əlamətlərin hər biri hamilə qadında görüləcəyi mənasını verməz, ancaq yenə də məlumat sahibi olmağınızın ziyanı yoxdur. Hamiləlik boyu yüngül baş gicəllənməsi, ürək bulanması, mədə yanması, sinənizdə yanğı hiss etməyiniz normaldır. Bu əlamətlərin həddindən artıq olduğu təqdirdə həkiminizlə məsləhətləşin. 

 Hamilələr üçün məsləhətlər 

5. Bədəninizdəki dəyişikliklərə hazır olun. Hamiləlik hər qadına fərqli şəkildə təsir edir, bununla birlikdə fiziki olaraq trimesterlərdə yaşana biləcək dəyişikliklər haqqında məlumat sahibi olmağınız faydalıdır. 

6. Körpənizin inkişafını izləyə bilərsiniz. Hər həftə yaşadığı mərhələləri izləmək həm sizi körpənizə yaxınlaşdıracaq, həm də bu möcüzəyə yaxından şahid olmağınıza köməkçi olacaq.
Hamilələr üçün məsləhətlər 
7. Körpənizin inkişafı haqda pulsuz məlumatlar ala biləcəyiniz saytlara üzv ola bilərsiniz. 
8. Hamilə qadınların üzv olduğu internet forumlarına üzv ola bilərsiniz. Sizinlə eyni aylarda hamiləlik müddətini yaşayan digər hamilələrlə təcrübələrinizi paylaşa bilərsiniz.
9. Maraqlandığınız sualların cavablarını tapa biləcəyiniz hamiləlik kitabları ala bilərsiniz. 
23 yanvar 2014
GO BACK