Hamiləlikdə yuxarı tənəffüs yolları infeksiyalarına diqqət çəkən mütəxəssislərin sözlərinə görə, dərmandan istifadə etmədikləri üçün hamilələr qışdakı xəstəlikləri daha ağır keçirirlər. Buna görə də ana namizədinin xüsusilə immunitet sistemini gücləndirilməlidir. Hamiləlik dövründə qış aylarında sıx və qapalı mühitlərdən, kütləvi nəqliyyat vasitələrindən mümkün olduqca uzaq olmaq lazımdır. Ətrafda epidemiya, bir xəstəlik varsa, insanların çox olduğu mühitdə olmaq vacibdirsə, maskadan ​​istifadə edilməlidir. Tədbir üçün əvvəlcədən peyvənd olması faydalıdır. Ev mühitinin təmiz və tez-tez havalandırılmasl xəstəliklərlə mübarizə üçün əhəmiyyətlidir.
Hava keçirən paltarlar geyinin
Yağışlı və qarlı havalarda dikdaban və pəncəsi sürüşməyə meylli ayaqqabı və çəkmələri geyinməməyə çalışın. Ana namizədi hava şərtlərinə uyğun geyinərək soyuq hava qəbulu riskini minimuma endirir. Soyuq havalarda isinmək üçün ana namizədlərinin sintetik və neylon tərkibli paltarlardan uzaq dayanmaları lazımdır. Çünki belə hava keçirməyən parçalar tərlətməklə birlikdə göbələk infeksiyalarına səbəb olur. Daha çox bədəni isti saxlayan yun, pambıq parçalar seçilməlidir".
C vitamini baxımından zəngin qidalanın
Qışda yay mövsümü qədər çox növ olmadığından mövsümdə tərəvəz və meyvə qidalanmasını artırmaq lazımdır. Hamilələr yedikləri qidalarla yanaşı, həkimin məsləhət gördüyü multivitaminlərdən də faydalana bilər. Qış aylarında D vitamini əskikliyi daha çox diqqətə çarpır. Lazım olarsa, D vitamini də qəbul edin. Qış qidalarında duzdan daha çox istifadə edilir. Ana namizədləri duzu qətiliklə artırmamalıdır. Xüsusilə qış aylarında fastfood yeməklərdinən uzaq olamq lazımdır. Çünki qızarmış kartoflar ana bətnindəki körpə üçün zəhərli maddələr yaradır.
Pilates hamiləlik depressiyası üçün faydalıdır
Qış aylarında hamilələr az tərlədiyi üçün su içmə ehtiyacı da azalır, ancaq körpə və ana namizədinin gündəlik 2,5 litr su içməsi lazımdır. Qışda hərəkət nisbəti yaya görə daha az olduğu üçün insanların çəki alması asanlaşır. Buna görə də gündəlik nizamlı gediş və mümkünsə həftədə iki dəfə üzmək çox faydalıdır. Bundan başqa, hamilələr yoqa, meditasiya və pilates edərək bədəni rahatlaşdıra bilər. Qış ayları depressiyaya meylin daha çox olduğu aylardır. Ana namizədləri müxtəlif fəaliyyətlərlə məşğul olaraq depressiya riskini də azalda bilərlər.