Hamilə olduğunuzu öyrənəndə çox xoşbəxt oldunuz. Amma sonra ürəkbulanmalar, mədənin qıcqırması, halsızlıq və ayaqlarda qıcolmalarla qarşılaşdınız. Ya da qarşılaşma ehtimalınız olduğunu öyrəndiniz. Fikir vermisinizsə, indiyə qədər hamiləlik xəbərinin xoşbəxtliyindən sonra gələn mənfiliklərdən danışmışıq. Artıq müsbət tərəflərindən bəhs etmək zamanıdır!
Bu xəbərdə bədəninizdə hamiləliyin səbəb olduğu müsbət dəyişiklikləri öyrənərək, bu dövrün ən gözəl tərəflərilə tanış olun. Hamiləliyi sevmək üçün çox səbəb var!
1. Sağlam həyat tərzi vərdişə çevrilir:
Hamiləlik bir çox qadın üçün həyatındakı pis vərdişləri tərk etmək və sağlam həyata keçmə fürsəti olur. Hər halda ən əhəmiyyətlisi də odur ki, bəzi qadınlar üçün siqaretsiz həyat başlayır. Hamiləlik təmiz hava və idmanı həyatınıza daxil etmək üçün gözəl bir bəhanə olur. Araşdırmalar 1 və 2-ci tip diabet xəstəliyi olan qadınların xəstəliklərin öhdəsindən daha yaxşı gələ biləcəklərini öyrəndiklərini göstərir.
2. Aybaşıdan əvvəlki ağrılara əlvida:
Doğuşdan və əmizdirmədən sonra aybaşı yenidən başlayır. Ancaq bir fərqlə! Narahat edən ağrılar artıq daha az olur. Bəzi qadınlarda hamiləlik və doğuşdan sonra bu ağrıların tamamilə bitdiyi də bilinir. Ağrının azalması, ya da kəsilməsinin səbəbi tam bilinmir. Bir nəzəriyyəyə görə, doğuş uşaqlığın içindəki prostaqlandin qəbuledicilərini aradan qaldırır. Prostaqlandinlər doğuş əsnasında birbaşa uşaqlığın sıxılmasını təmin edən və eyni zamanda aylıq aybaşı ağrılarında rol oynayan hormonlardır. Nəticədə daha az ağrı qəbuledicilərin olması daha az ağrı deməkdir.
3. Xərçəng riskini azaldır:
Araşdırmalar hamiləliyin döş və yumurtalıq xərçənglərində qoruyucu təsirinin ola bildiyini göstərir. Daha çox və daha gənc yaşda olan hamiləlik bu təsiri daha da artırır. Üç aydan daha uzun bir müddətdə əmizdirmə də xərçəng riskini azaldır. Bir nəzəriyyəyə görə, hamiləliyin doqquz aylıq müddətində yumurtlama yarımçıq qaldığından bu, döş və ya yumurtalıq xərçənginə tutulma riskini azaldır.
4. Duyğular həssaslaşır:
Hamiləlik zamanı qoxu duyğusu həssaslaşır, dad alma duyğusu inkişaf edir. Təbii ki, bu inkişaf etmiş duyğular hamiləliyin əvvəllərində ürəkbulanmasına gətirib çıxarır, yeməklərdən daha çox dad almanı da özü ilə gətirir. Mütəxəssislər "radar burun"ların yüksək səviyyədə estrogenlerdən qaynaqlandığını düşünür.
Sonda isə hər birinizə sağlıqlı və sağlam körpələr dünyaya gətirməyi arzu edirəm.