Hamiləlik zamanı solari, saç boyası, epilyasiya, makiyaj və manikür-pedikür edilə bilərmi? Bu gözəllik prosedurlarında nələrə diqqət etmək lazımdır? Kadıköy xəstəxanası qadın xəstəlikləri və doğum mütəxəssisi dr. Birgül Karakoç hamiləlik zamanı gözəllik prosedurlarının yanlış və doğru tətbiq formalarını açıqlayır.
Hamiləlik zamanı solarinin zərəri varmı?
Solarinin körpəyə və hamiləliyə zərərli olduğunu göstərən bir dəlil mövcud deyil. Buna baxmayaraq sauna və ya solari kimi bədən istiliyini yüksəldən faktorlar körpədə onurğa problemlərinə səbəb ola bilər. Bəzi tədqiqatlar ultrabənövşəyi şüalar ilə fol turşu əskikliyi arasında əlaqə olduğunu göstərir. Bundan başqa, hamiləlik zamanı dəri yanmağa və ləkələnmələrə meyillidir.
Hamiləlik zamanı avtobronzlaşma təhlükəli ola bilərmi?
Hamiləlik zamanı yaxşı bir tətbiq ola bilər. Lakin daxilində dihidroaseton mövcuddur və dəridən sorulan bir maddədir. Təsdiqlənmiş bir zərəri yoxdur, lakin ilk 3 ayda istifadə etməmək daha doğru olar.
Hamiləlik zamanı saunaya girmək sağlamlıqdırmı?
Hamiləliyin ilk 3 ayında bədən istiliyinin çox yüksəlməsi körpədə şikəstliyə səbəb ola bilər. Bu səbəblə hamiləlik boyunca çox isidilmiş sauna yolverilməzdir.
Hamiləlikdə epilyasiyanın zərəri varmı?
Hamiləlik zamanı hormonal dəyişiklik səbəbi ilə tüklənmədə artım ola bilər. Hamiləlikdə iynəli - elektriklə epilyasiya istifadə etmək olmaz. Çünki amnion mayesi elektrik cərəyanını keçirdir. İstiliklə edilən epilasiyanın sübut edilmiş bir zərəri yoxdur. Lazer epilyasiya mövzusunda tədqiqtlar olmadığından hamiləlik zamanı məsləhət bilinmir. Bu cür epilasiyalar ediləcəksə belə son 3 ayda döş uclarına edilməməlidir.
Hamiləlikdə tük tökücü krem ​​və epilyatorlardan istifadə edilə bilərmi?
Ehtiva etdiyi barium sulfatın göstərilmiş bir zərəri yoxdur. Lakin istifadə etməzdən əvvəl test dozası tətbiq olunmasında və allergiya verib-vermədiyinə nəzarət etmək lazımdır. Eyni zamanda qoxu səbəbiylə mütləq yaxşı havalanan bir məkanda tətbiq olunmalıdır.