Qadin.NET / Qız uşağı istəyənlər üçün

Qız uşağı istəyənlər üçün

Qız uşağı istəyənlər üçün

Ana üçün uşağın oğlan və yaxud qız olmasının heç bir əhəmiyyəti yoxdur.Hər iki övlad ona əziz və doğmadır.Lakin hər bir ananın könlündə mütləq bir qız övladının olması həsrəti vardır.Əsasən artıq oğul uşağına sahib olan qadınlar bu arzuda olurlar.

Qız uşağı istəyənlər üçün

Bundan əlavə yoxlanış zamanı:"Cinsiyyəti nə olur olsun,ən vacibi sağlam olsun"- dücüncəsi ilə düşünsə də qəlbinin dərinliyində övladının qız olmasını arzulayan analar vardır.

Edilən araşdırmalara görə qadınların hamiləlik zamanı nizamlı qıdası və bəzi vərdişləri körpənin cinsiyyətinə təsir edə bilər. Elm adamlarının açıqlamalarına görə, qız uşağı istəyən qadınlar  xüsusilə tərkibində kalsium və maqnezium vitaminləri bol olan qidalarla qidalanmalıdırlar. 

Əgər sizin də aranızda qız istəyən qadınlar varsa bu xəbərdən faydalana bilər.

Qız uşağı istəyənlər hansı qidalara üstünlük verməlidirlər?

Hollandiyadakı Maastrixt Universitetində bir elmi araşdırma aparıldı və bu əhəmiyyətli araşdırma nəticəsində belə bir nəticəyə gəlindi ki, qız uşağı istəyən qadınların qidasında kalsium və maqnezium tərkibli qidalar üstünlük təşkil edilməlidir.Bacardıqca duzlu yeməklərdən və banandan uzaq durmaq lazımdır.

Buna misal olaraq bu qidaları göstərmək olar.

Kalsium tərkibli qidalar:

 -qatıq, pendir, ispanaq, badam, brokkoli, portağal, somon balığı və yulaf əzməsi.

Qız uşağı istəyənlər üçün

Tərkibində maqnezium olan qidalar:

- fıstıq, lobya, buğda və s.

Ancaq sonda bunu da qeyd etmək lazımdır ki,uşağın cinsiyyətini təyin edən Y xromosomunun atadan gəldiyi artıq məlumdur.Ona görə də mütəxəssislər deyilənlərin effektli olması üçün hər iki fərdin eyni istəkdə olmasının vacib olduğunu bildirilər.

30 avqust 2013
GO BACK