Qadin.NET / Ultrasəs müayinə körpəyə zərərdirmi ?

Ultrasəs müayinə körpəyə zərərdirmi ?

Ultrasəs müayinə körpəyə zərərdirmi ?

Ultrasəs müayinə hamiləlikdə tez-tez istifadə edilən texniki vasitədir. Ultrasəs müayinə ananın bətnindəki körpəni izləmək üçün xüsusilə lazımdır. Hamiləliyin ilk 3 ayında əvvəlcə hər həftə körpənin inkişafı ultrasəs müayinə ilə yoxlanılaraq körpənin bütün orqan və beyin inkişafını araşdırılmalıdır. Ultrasəs müayinənin körpəyə hər hansı bir zərəri yoxdur.
Hamiləlik müddətində 1-ci aydan 9-cu aya qədər fasilələrlə körpənin vəziyyəti, mayenin kafiliyi, orqanların inkişafı, beyin inkişafı, çəki və boyun inkişafı ultrasəs cihazı vasitəsilə qiymətləndirilir. Bu vaxta qədər ultrasəs müayinəsinin heç bir riski olmayıb. Mütəxəssislər və həkimlər davamlı olaraq bu cihazdan istifadə etməklə körpənin və ananın vəziyyətini araşdırırlar.
Ultrasəs müayinə körpəyə hər hansı bir zərər vermir. Qarnın üzərinə şəffaf gel sürtülür, həkim əl cihazını bu gel üzərində gəzdirərək körpənin hər növ orqan və beyin inkişafını rəngli kompüter görünüşü ilə anaya da göstərilr. Ultrasəs müayinənin körpəyə hər hansı bir zərər verib-vermədiyi əslində elmi olaraq da tam olaraq təsdiqlənməyib. Buna görə də hamilə qadınlar rahatlıqla həkimin göstərişi ilə ultrasəs müayinə vasitəsilə körpələrinin inkişafını izləyə bilərlər.

Ultrasəs müayinə körpəyə zərərdirmi ?

Ultrasəs müayinənin zərərli olduğunu göstərən amillər

Hamiləlikdə edilən ultrasəs müayinəsinin körpəyə zərərli ola biləcəyini göstərən az saylı araşdırmaların nəticələri 5 ayrı kateqoriyada toplana bilər.    

 1. Uşaqlıq dövrü xərçənglərində artım.

 Bu mövzuda araşdırmalar davam edir. Eyni zamanda İngiltərədə 1970-1980-ci illər arasında aparılan genişmiqyaslı bir araşdırma belə bir artımın olmadığını aşkar edib.  

2. Disleksi (oxumaqda, öyrənməkdə gecikmə) riskində artım.

Bu mövzuda aparılan və çox az sayda fərdi əhatə edən araşdırma riskin azca artdığına işarə etsə də, daha böyük bir araşdırma bunu təsdiqləməyib.    

Ultrasəs müayinə körpəyə zərərdirmi ?

3. Solaxaylıq nisbətində artım.

Norveçdə aparılan araşdırma nəticəsində bəlli olub ki, cəmiyyətdə 15 % nisbətində olan solaxaylıq (diqqət: solaxaylıq  olaraq qəbul edilir, yəni bir xəstəlik deyil) hamiləlik dövründə ultrasəs müayinə zamanı 19% nisbətində tapılmışdır. Çox az sayda insanın iştirak etdiyi bu araşdırmaya əsasən qəti bir söz demək doğru deyil. Bu mövzuda araşdırmalar hələ də davam edir.    

4. Danışmağa başlama müddətinin uzanması.

Bu məsələnin ortaya atılmasına səbəb olan yeganə araşdırmada çox az sayda insan iştirak edib. Buna görə də "danışma müddəti" dəqiq ifadə edilmədiyi üçün bu araşdırmanı çox da etibarlı hesab etmək olmaz. Yəni bu fikir təsdiqlənməmişdir.   

5. Doğum çəkisində azalmaya səbəb olmaq.

Bu mövzuda aparılan 11 böyük araşdırmadan təkcə 3-də bu nəticəyə gəlinmiş və burada 25 və 42 qram kimi kiçik ölçülər çəkinin azalması kimi qəbul edilmişdir. Eyni araşdırmalarda doğum çəkisi az olan körpələrin həyatlarının ilk ilində normal çəkidə olduqları təyin olunmuşdur.

13 iyun 2013
GO BACK