Hamiləlik dövründə yaşanan narahatlıqlardan biri də şişkinlikdir. Analıq həyəcanı yaşayan qadınları hamiləlik dövründə narahat edən bir çox suallar var. Bunlardan biri də "Hamiləlik dövründə yaşanan şişkinlik problemindən necə xilas ola bilərəm?" sualıdır.
Hamilə qadının gündəlik su ehtiyacı hamilə olmayanlara görə daha çoxdur. Körpə gözləyən ana namizədinin hər vaxt olduğundan daha çox suya ehtiyacı var. Qəbul edilən mayenin bir qismi bədəndə yığılaraq aşağı ətraflarda şişkinliklər yaradır. Bu şişkinliklər zamanı hamilə qadında yüksək təzyiq yaranır və ayaqlar sızıldayır. Bu şişkinlikləri aradan qaldırmaq üçün ana namizədlərinə bir neçə təklif var:
Ayaqlarınızı yuxarıda saxlayın
Gün ərzində fürsət tapdıqca ayağınızı bir stulun üzərinə qoyaraq bir müddət yuxarıda saxlayın. Bunu hər fürsətdə etməyə çalışın. Oturarkən ayağınızı üst-üstə atmayın. Əgər işləyirsinizsə, axşamları evdə mümkün olduqca uzanın.
Uzanın
Mümkün olduqca istirahət etməyə çalışın və sol yana dönüb uzanın.
Maye qəbul edin
Şişkinlik vəziyyətində su içmək şişi artırmaz, tam əksinə, azaldar. Əhəmiyyətli olan suyu məhdudlaşdırmaq deyil onu hərəkət etdirməkdir. Gündə ən az 8-10 stəkan su için.
Gəzin
Nizamlı məşq edən və çox yeriyən qadınlarda şişkinliklər də daxil olmaqla yanaşı hamiləlikdə sıx görülən digər problemlər daha yüngül olar. Gəzmək ayaq damarlarınızı genişləndirir, öz funksiyasını daha rahat yerinə yetirməsini təmin edir və yığılan mayenin də dağılmasını asanlaşdırır.
Rahat geyinin
Həddindən artıq sıxan hər cür paltardan uzaq durun. Rezin, möhkəm corab və beli möhkəm şalvar geyinməyin. Rahat və dabansız ayaqqabı geyinin. Əgər şişkinliklər çox narahat edir və ağrıya da səbəb olursa, xüsusilə damar probleminiz də varsa varikoz corabı geyməniz faydalı ola bilər. Bu məqsədlə hamilələr üçün olan xüsusi corabları seçin.
Yediklərinizə diqqət yetirin
Duzu məhdudlaşdırmaq ilk növbədə şişkinlikləri azalda bilər. Amma bu problemin qəti həlli deyil. Çalışın, həmişə duzdan az istifadə edəsiniz.
Əgər şişkinlik çoxalarsa və ya həddindən artıqdırsa, yalnız ayaqlarda deyil üzdə və əldə də olursa, ciddi bir vəziyyət ola bilər. Mütləq həkimə müraciət edin.