Qadin.NET / Hamiləliyi təxirə salmaq istəyən xanımlara

Hamiləliyi təxirə salmaq istəyən xanımlara

Hamiləliyi təxirə salmaq istəyən xanımlara

Karyeralı xanımlar hamiləliyi necə planlaşdırmalıdır?

Karyeralı qadınlar uşaq sahibi olmaq planlarını təxirə salmazdan öncə həkimlə məsləhətləşməli, öz yumurtalıq ehtiyatını yoxlatdırmalı və nəticəyə görə qərar verməlidir.

Uşaq sahibi olmaq məsuliyyət istəyən bir işdir. İctimai və iqtisadi olaraq bəzi işlərimizi həll etdikdən sonra planlı bir şəkildə uşaq sahibi olmağı istəmək doğru fikirdir, amma bunu nə qədər gecikdirə bilərik? Bu problemin cavabı adamdan adama dəyişəcəyi üçün bu mövzuda mütləq həkim köməyi lazımdır. Çünki karyera istəyi və dünyaya uşaq gətirmək qadının iş həyatına mənfi təsir edə bilər. Amma unutmamalıyıq ki, həyatda hər şey karyera deyil…! Öncə həkimlə məsləhətləşin.

Həkim bu vəziyyətdə nə edə bilər?

Mütləq qadının yumurtalıq ehtiyatına baxılmalıdır. Hər qadının yumurtalıq ehtiyatı fərqlidir. Yumurtalıq ehtiyatı yumurtanın sayına və keyfiyyətinə birbaşa təsir edəcəyi üçün bu nüansların bilinməsi əhəmiyyətlidir. Əvvəlcə bunun araşdırılması lazımdır. Yumurta ehtiyatına baxaraq hesablamalar və analizlər çıxarılır. Yumurta ehtiyatının nə qədər olduğu aydınlaşdırılır. Həkim buna əsasən hesablama apararaq hamiləliyin maksimum nə qədər gecikdirilə biləcəyini başa salır. Qadın da bu analizə görə öz sağlam qərarını vermiş olur.

Hamiləliyi təxirə salmaq istəyən xanımlara

Yumurta ehtiyatının vəziyyəti necə təyin olunur?

Yumurta ehtiyatının yoxlanılmasının müxtəlif yolları vardır. Xəstənin yaxın qohumlarının xəstəlikləri bu mövzuda əhəmiyyət daşıyır. Məsələn, anasının, xalasının aybaşıdan kəsilmə yaşı, aybaşı nizamlarının öyrənilməsi lazımdır. Ailəsində erkən menopoz olan qadının özünün də erkən menopoz riski vardır. Ayrıca bəzi laboratoriya testləri və ultrasəs müayinələr də bu mövzuda bizə köməkçi olur. Aybaşının ilk 3 günü ediləcək bəzi qan testləri, ultrasəs müayinələr ilə yumurtalıqların böyüklükləri və ola biləcək kiçik kista sayı bizə yumurtalıq ehtiyatının nə dərəcədə olduğunu öyrənməyə kömək edir. Həkim müayinəsindən sonra qadın yumurtalıq ehtiyatı mövzusunda məlumat sahibi olub hamiləliyi nə qədər gecikdirə biləcəyi sualına cavab tapmış olur. Bununla yanaşı həyat yoldaşının da müayinələrdən keçməsi əhəmiyyətlidir. 

Hamiləliyi təxirə salmaq istəyən xanımlara 

Yumurtalıq ehtiyatının yoxlanılması sadəcə hamiləliyi təxirə salanlar üçün deyil, eyni zamanda uşaq istəyi ilə həkimə gedənlər üçün də əhəmiyyətlidir. Əsasən uşaq sahibi olmaq istəyənlərə müalicələr tətbiq oluna bilər. 

Allahdan hər bir qadına o gözəl hissi yaşatmasını diləyirəm. Karyerası üçün hamiləliyini təxirə salanlara isə sadəcə məsləhət görərdim ki, gec olmadan o gözəlliyi dadmağa tələssinlər.

18 aprel 2013
GO BACK