Hər bir qadın ana olmaq istədiyi kimi ,hər bir kişi də ata olmaq istəyir. Analıq hissi kimi atalıq hissi də çox ülvi bir hissdir. Hamiləlik həm sizin, həm də yoldaşınızın ruh dünyasını dəyişir. Siz hamiləliyinizə fiziki və ruhi olaraq adaptasiya olarkən, yoldaşınız da ruhi olaraq atalığa adaptasiya olur. Kişilərdə fiziki adaptasiya əlbəttə olmur, olsa da, ancaq sizinlə birlikdə kilo almaq şəkilində olur.
Hamilləlik zamanı bəzi qadınların düşüncələri fərqli şəkildə dəyişir. Həmçinin kişilərdə də bu hal ola bilər. Onlar övlad isdədikləri halda özlərini elə qələmə verirlər ki, sanki heç ata olmaq istəmilər. Bu dəyişikliyi də normal qəbul etmək lazımdır. Axı onların da ilk körpəsidir, axı olnlar da bu hissi tanımırlar.
Bəzi kişilər qadınların dəyişdiyini görərək onlara köməkçi olmaq istəsələr də heyif ki, bu, bəzən çox pis nəticələnir. Xoşbəxt ailə olmaq üçün gərək hər iki tərəf bir-birini başa düşə və bir-birini tamamlaya. Qadınların ruh dünyasının cinsi həyatına da təsir edəcəyini unutmamalı və istəksiz görünən yoldaşa anlayışlı davranmağa calışmalıdır.
Ana namizədləri də həyat yoldaşlarına qarşı eyni qayğını və diqqəti göstərməyə çalışmalıdırlar. Zaman-zaman yaranan qarşıdurmaları doğulacaq körpənin sizə nə qədər ehtiyacı olduğunu düşünərək rahatlıqla yoluna qoya bilərsiniz. İlk vaxtlar yəni körpənizi hiss etdiyiniz vaxtlardan çalışın hər hisinizi yoldaşınızla bölüşün. Çalışın ki, hamilə olduğunuzu anladığınız gündən onunla bu mövzuda müzakirələr aparın,doğum anına qədər hisslərinizi və duyğularınızı yoldaşınızla bölüşün. Beləliklə, həyat yoldaşınzda yaranan (və ya yarandığınızı düşündüyünüz) ruhi dəyişkənliyi aradan qaldıra bilərsiniz.
Normal doğum və yaxud da kesəriyyə əməliyyatına getsəniz belə mutləq hər dəqiqənizi yoldaşınızla bölüşün. Hamiləlik zamanı yoldaşınızın sizin yemeyinizə qarışmasına əsla əsəbləşməyin, çünki bu cəhdlə onu özünüzdən uzaqlaşdırarsınız. Kişilər çalışdıkları qədər istəyirlər ki, xanımlarının yanında olsunlar. Yəni hər bir addımı bilmək istəyirlər. Onları bu xoşbəxtlikdən məhrum etməyin.