Qadin.NET / Hamiləlikdə qidalanma və çox yaşanan problemlər

Hamiləlikdə qidalanma və çox yaşanan problemlər

Əziz xanımlarımız, bu dəfəki yazımda hamiləlikdə çox yaşanan problemlər haqqında yazacam.

Hamiləlikdə ürək bulanması və qusmalar:

Hamiləliyin erkən dövrlərində ürək bulanması və qusmalar ola bilər. Analığa namizədlər bəzən saatlarla yemək yeyir, ya da müəyyən qoxuları (siqaret tüstüsü, havasız otaq və bişirilən müxtəlif yeməklərin iyi kimi) hiss etdiklərin zaman ürək bulanması və iyrənmə hiss edə bilərlər.

Ürək bulanması və iyrənmə nə anormal bir əlamət, nə də bəzən düşünüldüyü kimi körpənin şüur altı tərəfindən rədd edilməsidir. Ehtimal olunur ki, hamiləlik ərəfəsində yüksələn bəzi hormonların (HCG kimi) normadan çox olmasına qarşı analığa namizədin həssas olması ilə əlaqədar meydana gələn bir vəziyyətdir.

 Hamiləlikdə qidalanma və çox yaşanan problemlər

Mədə yanması:

Mədədə ağırlıq və mədə turşusunun mədədən yemək borusuna keçməsi səbəbi ilə hiss edilən mədə yanması xüsusilə, hamiləliyin sonlarına doğru yaşanan əsas  şikayətlərdəndir. Mədə ilə yemək borusu arasında möhkəm bağlı olan və aşağıdan yuxarı maye və qatı maddə keçməsinə icazə verməyən bir sfinkter (qapaq) mövcuddur. Hamiləlikdə bütün düz əzələlərinin təsiri ilə  yaranan fizioloji boşalma bu qapağın da boşalmasına səbəb olur. Qapaqdan mədə turşusu yemək borusuna çıxdığı zaman bu hissədə mədə yanması olur. Böyüyən uşaqlığın mədəyə təzyiq etməsi və xüsusilə, mədənin dolu olduğu zamanlarda mədə hissəsini yuxarıya doğru itələməsi də bu turşu keçimini asanlaşdırır. 

Hamiləlikdə qidalanma və çox yaşanan problemlər

Mədə yanmasının olmaması üçün görülməsi lazım olan ilk tədbir yemək yedikdən sonra müəyyən bir müddət yatağa uzanmamaqdır. Uzansanız belə, başı bədənə görə yüksəkdə tutmaq üçün yastıqdan istifadə etmək bu şikayətin ortaya çıxmasının qarşısını alar, ya da azaldar. Əlavə olaraq analığa namizədlər mədələrini çox dolduracaq şəkildə yemək yeməməlidir. Yağlı, ya da qaz yarada bilən, mədə yandırıcı yeməklərdən uzaq dayanılmalıdır.

23 fevral 2013
GO BACK