Qadin.NET / Hamilə qadınların makiyajı

Hamilə qadınların makiyajı

 

Hamilə qadınların makiyajı

 

    Qadınlar, əsasən də hamilə qadınlar baş verən dəyişikliklərə görə daha çox diqqət mərkəzində olurlar. Məhz bu dəyişikliklərə görə də ən çox kompleksə düşən hamilələr olur. Ağrılar, yorğunluq, hamiləlik dəyişkənliyi belə qadınları daha solğun göstərir və hətta makiyaj edərkən belə gözəl görünmədiklərini düşünürlər. Belə qadınları dəstəkləyib yol göstərməklə onları gözəl olduqlarına inandırmaq olar.

 

Hamilə qadınların makiyajı

 

 Hamiləlik dövrlərində bədəndə dəyişiklik artdıqca cilddə də problemlər arta bilər. Buna görə də hamilə qadınlar makiyaj edən zaman belə hallara fikir verməlidirlər. Belə ki, tərkibində heyvani qarışıqlar, hormonlara təsir edə biləcək komponentləri olan kosmetik vasitələrdən qaçmalıdırlar. Əsasən də istifadə müddəti bitmiş kosmetik vasitələrin istifadəsi daha təhlükəli ola bilər ki, bu da dəridə xoşagəlməz hallar yarada bilər.
İndi elə bir dövrdə yaşayırıq ki, kosmetik mağazalarda hər cür dəriyə uğun olan, hamilə qadınların istifadə edə biləcəyi təbii bitki tərkibli, kosmetik vasitələr satılır. Hamiləlik dövrləri dəyişdikcə üz dərisinin də quruluşu dəyişə bilər. Əvvəl quru  olan dərini sonradan  yağlı dəri əvəz edə bilər. 
Hamilə qadınların makiyajı
   İlk əvəvl tonal kremdən istifadə edildiyi üçün onun tərkib hissəsini bilməli və sonra dərinizin həmin kremə qarşı təsirini öyrənməlisiniz. Çünki, bir çox hallarda dəridə allergiya yarana bilər. Çalışmaq lazımdır ki, tonal kremin istifadəsi minimuma endirilsin. Əgər hamiləlikdən əvvəlki vaxtlarda tonal krem qalın qatla çəkilirdisə, hamiləlik zamanı istifadəsi azaldılmalıdır. Hamiləlik zamanı dəri solğun olduğu üçün tünd rəngli tonal krem çəkmək üz dərisini canlı göstərər.  
Ev şəraitində də nəmləndirici maskalardan, təbii bitki tərkibli qidalandırıcı kremlərdən istifadə etməkdən olar. Yeri gəlmişkən, ən çox narahat edən səbəblərdən biri də göz altında yaranan kölgələrdir. Bunun üçün də müxtəlif maskalar və kremlər vardır. Bu vasitələr az da olsa problemləri aradan qaldıra bilər. 
Hamilə qadınların makiyajı
Əgər fikir vermisinizsə, hər dəfə istifadə etdiyiniz göz qələmi belə vaxtlarda gözün yaşarmasına, qıcıqlanmasına səbəb olur. Belə olan halda qara kölgələrlə gözlərə gözəl görünüş vermək olar. Kipriklərə gəldikdə, kiprik qaldıran maqqaşlar, tuş əvəzi olan qidalandırıcı gellər daha münasib olardı.
Hamiləlik zamanı solğun və çatlayan dodaqları çox sadə üsulla aradan qaldırmaq olar ki, bu üsulu hər bir qadına məsləhət görərdim. Belə ki, adi diş fırçasını isladıb dodağınıza yuvarlaq şəkildə massaj etmək olar. Bu mərhələdən sonra dodağa bal və ya zeytun yağı ilə maska edib, sonra dodaq geli sürtmək olar. Belə olan halda dodaqlar dolğun və canlı görsənəcək. 
Gecə makiyajı edən zaman ən çox göz makiyajına üstünlük versəniz, dana gözəl və cazibədar görünüş əldə etmiş olarsınız. Çünki, qeyd edildiyi kimi, hamiləlikdə yaranan problemlərdən əmələ gəlmiş solğunluq daha çox gözlərdə nəzərə çarpır. 
 Hamiləlikdə hər fəsil dəyişdikcə kosmetik vasitələri, qidalandırıcı kremləri də dəyişmək vacibdir. Qeyd etmək istəyirəm ki, əsasən hamiləliyi yaz və yay aylarına düşən xanımlar antibiotik qəbul edir, iynə vurdururlarsa, makiyajlı və ya makiyajsız günəş şüaları altına çıxmaları məsləhət deyil. Elə qəbul edilmiş pereparatlar vardır ki, onları qəbul edən zaman günəş şualarının əks təsiri nəticəsində üzdə iri ləkələr əmələ gətirə bilir.
 
17 fevral 2013
GO BACK