Qadin.NET / Hamiləlikdə varikoz

Hamiləlikdə varikoz

 Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxil olurlar. Bunun səbəbi əsasən aşağıdakılardır:
- çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;


- hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;
- ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;
- damarlarda dövr edən qan kütləsinin artması və s.
Bütün bunlar aşağı ətraf damarlarında qanın axmasını çətinləşdirir ki, bunun da nəticəsində onların genişlənməsi baş verir.
İrsi meylliliyin olduğu halda varikoz xəstəliyinin inkişaf etmə ehtimalı daha da artır.
Hamiləlik dövründə varikoz xəstəliyinin profilaktikası üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:

- uzun müddət ərzində ayaq üstə dayanmayın, ağır əşyalar qaldırmayın, çömələrək oturmayın, önə əyilmiş vəziyyətdə işləməyin. “Ayaq üstə” olan işləri fasilələrlə yerinə yetirin, fasilə zamanı isə ayaqlarınız bir qədər yuxarı qaldırılmış vəziyyətdə olmaqla uzanın;

- hamiləliyin ilk günündən etbarən mütləq xüsusi kompression kolqotkalar, corablar və ya qolfilər geyinmək lazımdır. Onlar ayaqları sıxaraq damarların genişlənməsinə imkan vermirlər. Bu kolqotka və corablar, hamilə qadına ilkin baxış keçirdikdən sonra həkim fleboloq tərəfindən seçilir. Müayinədən sonra həkim sizin ayağınız üçün tələb olunan təzyiqi - kompressiya dərəcəsini (ümumiyyətlə bunun 4 dərəcəsi olur) müəyyən edir. Nəzərə almaq lazımdır ki, müalicə trikotajinin kompressiya (sıxılma) dərəcəsi “denlərlə” (adi kolqotkalardakı kimi) yox, mm.c. st. ilə ölçülür.

Bu corab və ya qolfilər doğuş zamanı da mütləq qadının ayaqlarında olmalıdır.

27 oktyabr 2020
GO BACK