Qadin.NET / Doğuş üçün ideal yaş neçədir?

Doğuş üçün ideal yaş neçədir?

Doğuş üçün ən yaxşı vaxt 35 yaşa qədərdir.

Bu barədə ginekoloq Juliana Abayeva danışıb. O əlavə edib ki, bu illər ərzində qadın bədəni həyatının sonrakı dövrünə nisbətən bu cür yüklərə daha çox hazırlıqlı olur.

“Reproduktiv yaş dövrü var: erkən reproduktiv yaş - 35 yaşa qədərdir, gec reproduktiv yaş - 35 yaş və menstruasiyadan əvvəl. Uşaq doğmaq üçün optimal yaş erkən reproduktiv yaş dövrüdür - 35 yaşa qədər. Bu yaşa qədər qadında yumurtalıq ehtiyatı qaydasındadır və genetik problemlərə daha az rast gəlinir”.

Gec reproduktiv yaşa gəlincə, ginekoloqun fikrincə, bu, həm körpə, həm də qadının özü üçün təhlükəli ola bilər. 40 yaşdan sonra hamiləlik və doğuş ağırlaşmalarla baş verə bilər, körpənin xromosom anormallıqları ilə doğulma şansı artır. Mütəxəssis hesab edir ki, yenidən övlad sahibi olmaq üçün ən optimal iki illik fasilədir ki, bu müddət ərzində qadının orqanizmi tam bərpa olunur.

Xatırladaq ki, Rusiya Qadınlar Birliyinin rəhbəri, keçmiş senator Yekaterina Laxova 30 yaşından sonra doğuş edən qadınların qocaldığını söyləmişdi. Onun fikrincə, uşaqlara erkən yaşlarından ailə sevgisini aşılamaq lazımdır.

Aytən Məftun (publika.az)

11 sentyabr 2020
GO BACK