Qadin.NET / Valideyn olmağa psixoloji olaraq hazırsınız?

Valideyn olmağa psixoloji olaraq hazırsınız?

1.Övladınız olmasına rəğmən uşaq istəyirsiniz

Bir neçə övladınız olduğu halda böyük arzu ilə uşaq istəyirsinizsə, bu hal körpə asılılığıdır. Körpə asılılığı şəxsin boşluğu uşaqlarla doldurmağa çalışmasıdır. Uşaq istəmək həmişə yaxşı fikir olmaya bilər. Bununla bağlı mövzuları mütəxəssislə müzakirə etməlisiniz.

2. Körpə sahibi olmaq münasibətinizi xilas etməz

Evli cütlüklərin 67 faizi, uşaq sahibi olduqdan sonra münasibətlərin daha da pisləşdiyini deyirlər. Bu pis gedişat körpə doğulduqdan sonra qadınlar üçün ilk 6 ayda, kişilər üçün isə ilk 9 ayda olur. Körpə sahibi olaraq evliliyinizi xilas edəcəyinizi düşünürsünüzsə, yanılırsınız.

3. Karyera

İşkolik olan valideyn təkcə özünə deyil, eyni zamanda uşaqlarına da mənfi təsir edir. İşkolik ailələrdə böyüyən uşaqlar, adətən duyğusal olaraq ac olurlar və özlərini görünməz hiss edirlər. 

4. Streslə mübarizə aparmağı öyrənməlisiniz

Valideynlərin mənfi duyğuları uşaqlara mənfi istiqamətdə pis təsir edir. Mütəxəssislər, valideynlərinin duyğularının körpənin həyatının ilk ilində çox güclü təsir etdiyinə inanırlar. Uşaqlar valideynlərinin mənfi davranışlarını və əhvalalrını kopyala bilirlər. Sizin xoşbəxtliyiniz uşağınızı da xoşbəxt edəcəkdir.

9 avqust 2020
GO BACK