Qadin.NET / Dölün ilk 3 ayda ana bətnində inkişafı

Dölün ilk 3 ayda ana bətnində inkişafı

Dördüncü həftədən etibarən körpənin qəlbi öz normasında vurmağa başlayır.Onun bədəninin uzunluğu təqribən 1sm-dir.Başı bədəninin uzunluğuna nisbətən bir az böyük,əl və ayaqlarının yeri isə,azca hiss olunur.

Dölün ilk 3 ayda ana bətnində inkişafı


Körpə kiçik su hissəsində yerləşmişdir.Bu ayın axırında onun daxili əzaları,ciyər,beyin, nəfəs yolları inkişafa başlayır.
İkinci ayda körpənin uzunluğu təqribən 4sm olur.Bu ayın axırlarında körpənin əl və ayaqları böyüyür və kiçik barmaqları əmələ gəlir.Əvvəlki aya nisbətən onun bədəni öz həqiqi şəklini almışdır.

Dölün ilk 3 ayda ana bətnində inkişafı


Üçüncü ayda körpənin uzunluğu təqribən 9sm olur.Bu ayda onun cinsiyyət üzvü özünü göstərməyə başlayır;körpənin bədənini nazik dəri qatı əhatə edir;cift öz quruluşunu demək olar ki, tamamlamış ,döllə bərabər içində su olan kisədə qərar tapmışdır.


Eləcə də baxa bilərsiniz:

Hamiləlik

Döllənmə

Süni mayalanma mərhələləri
20 may 2010
GO BACK