Qadin.NET / Bir il və bu bir ilin həsrəti...

Bir il və bu bir ilin həsrəti...

 

Bir il və bu bir ilin həsrəti...

 

Bu gün mənim QADİN.NET-ə daxil olmağımın bir ilidir. Bu bir ildə bu sayt mənim həyatımda cox dəyişikliklər etdi. İnsanlarla əlaqə yaratmağımda bir növ yardımçı oldu: yeni dostlar qazandım, maraq dairəm daha da genişləndi və əvvəlcə "Aktiv istifadəçi", daha sonra "Bronze" statusu aldım. Saytı yaradan hər bir kəsə öz  dərin minnətdarlığımı bildirirəm.

Mən bu sayta çox kefsiz bir vaxtımda rast gəlmişdim. Belə ki, mənim sağlığımla, daha doğrusu ana olmağımla bağlı problemim olduğuna görə həkimə müraciət etmişdim. Mənə bəzi dərman preparatları yazmışdı. Onlar haqqında məlumat toplamaq üçün "Google"da axtarış etdikdə, burada həkim məsləhəti olduğu üçün Qadın.Net-i tapdım. Çox həvəssiz olsa da, həkimə müraciət etmək üçün qeydiyyatdan keçdim. Və o gündən artıq saytdan heç cür ayrıla bilmirəm. Qadın.Net sən supersən!..

Artıq bir il oldu... Bu bir ilin tamamında da mən ANA olacağımı bildim. İnanın ki, hal-hazırda sevincimin həddi–hüdudu yoxdur. Bu xəbəri sizlərlə paylaşmaq, sevincimi sizlərlə bölüşmək istədim. Bu, çox gözəl duyğudur. Onu hamımız cox istəyirik, yolunu həsrətlə gözləyirik. Bir ili səbrlə, həsrətlə gözləmişəm. İndi isə səbirsizlik edirəm, istəyirəm ki, 9 ay tez keçsin, mən də körpəmi sağ-salamat dünyaya gətirim, onu qollarımın arasına alıb qoxusunu hiss edim...

Belə bir hədis var: “Övlad qoxusu cənnət qoxusudur...” Arzusunda olan hər kəsə bu qoxunu hiss etməyi arzulayıram. Hər zaman Allaha dua etmişəm  və hec vaxt da duamı əksik etməyəcəm, təki Allah heç kimi övlad cəhətdən sınağa çəkməsin. Amin!

Bu duanı ana olmağı arzulayan xanımlarımız üçün yazıram, hər gün bu duanı sidq-ürəkdən oxuyun.

 

Bismillahi-Rəhmanir-Rəhim

Ya Allahu ,Ya Allahu,Ya Allah. Ya zərəlsil mecid. Əsəlukə

binuri vechi kellezi mele erkane evladi ərshikə və biha ela cemmin həqqikə ya muqise eqisini ya muqisel musteqsin.

  İnsallah, Allah dualarımızı qəbul edər!

15 oktyabr 2011
GO BACK