1. Tualetə az getmək
Hamiləlik dövründə, hamilələr tez-tez tualetə getməyə başlayar. Bunun səbəbi də, körpənin uşaqlıqda olmasından qaynaqlanır. Uşaqlıq sidik kisəsinə toxunduğu üçün tez-tez tualetə getməyə səbəb olar. Ancaq doğuş başlayanda uşaq aşağı doğru sürüşməyə başlayar, beləliklə, sidik kisənə toxunma azalar.
2. Şiddəti artan sancılar
Çox vaxt qasıq və qarın bölgəsindən artan ağrılar, xalq arasında yalançı doğuş olaraq da bilinir. Doğuşun yaxınlaşması ilə bu ağrılar getdikcə dözülməz həddə çataraq şiddətini artırar. Bu ağrılar 5 dəqiqədən bir olursa, mütləq həkimə gedin.
3. Uşaqlıq ağzı genişlənər
Uşaqlıq ağzı 10 sm-ə qədər genişlənmişsə, doğuş yaxınlaşdırmır deməkdir.
4. Doğuş suyunun gəlməsi
Hamiləliyin son həftələrində artan ağrılarla yanaşı su kisəsi partlayar. Partlayan kisədən axan su ilə yanaşı sancı müşahidə olunmursa, həmin an həkimə getmək lazımdır. Su açılandan sonra 24 saat ərzində doğuş başlamalıdır.