- Bu müddətdə qayğılardan xilas olmaq üçün mütəxəssisdən kömək alın.
- İnternetdən mənfi həyat hekayələri, hamiləlik hekayələri oxumayın. Elmi yazılar istisna olmaqla, belə yazılardan uzaq olun.
- Dincəlməyə diqqət edin.
- Siqaretdən uzaq olun.
- Alkoqolu və narkotik maddələri həyatınızdan çıxarın.
- Yoldaşınızla daha çox vaxt keçirin, ondan sıxıntılarınızla mübarizə aparmaq üçün kömək istəyin.
- Cinsi həyatınızı sıfırlamayın. Hamiləlikdə cinsi əlaqə haqqında məlumat almaq üçün mütəxəssislə danışın.
- İdman edin, bu əhvala müsbət təsir edəcək.
- Sevdiklərinizlə vaxt keçirin.
- Mənəvi sağlamlığınız təhlükə altındadırsa, psixoloğa müraciət edin.