Qadin.NET / Hamiləlikdə 13 problem 13 həll!

Hamiləlikdə 13 problem 13 həll!

Hamiləlikdə 13 problem, 13 həll!

Bir canlını içinizdə böyütmək və onu dünyaya gətirmək möcüzəvi bir duygudur. Hətta doğum təbiətin qadınlara bir hədiyyəsidir. Bu müddət analığa namizədlər üçün unudulmayacaq xatirələrə və yeni bir həyata açılan qapıdır. Bəzi gələcək analar hamiləliklərində xoşbəxt və məsud dövrlər keçirərkən, bəziləri sağlamlıq problemləriylə qarşılaşa bilərlər. Bu müddətdə analığa namizədlərin yaşaya biləcəyi problemləri və həllini öyrənək.

Hamiləlikdə 13 problem 13 həll!

 

Baş ağrısı və qızdırma

 Tərkibində normal səviyyədə asetaminofen olan dərmanlarla kifayətlənməlisiniz. Bununla birlikdə ibuprofen və naproksen maddələriylə çıxarılan hər cür antienflamatuardan uzaq dayanmalısınız. Çünki bunlar körpənizdə ürək problemlərinə və xüsusilə hamiləliyinizin 3-cü ayında amniyotik mayenin azalmasına səbəb ola bilər.


Hamiləlikdə 13 problem 13 həll!

 

Öskürək

Bal yeməyi öyrənməlisiz. Bu, boğazınızı bir təbəqə ilə örtərək narahatlığı yatırmağa kömək edər. Bir çox öskürək siropu C kateqoriyası dərmanları kimi qiymətləndirilir. Bu dərmanlar insanlar üzərində sınanmamışdır və heyvanlar üzərində aparılan testlərdə də fetüs üçün risklər daşıdığına dair tapıntılara rast gəlinmişdir. Ona görə də öskürək dərmanlarından uzaq durun.


Hamiləlikdə 13 problem 13 həll!

  

Bel ağrısı   

Hamiləlik müddətində  diyetə diqqət yetirilməli, həddindən artıq yeməkdən qaçınılmalı, kilo artımı nəzarətdə olmalıdır. Nizamlı məşqlərlə bel əzələləri qüvvətləndirilməlidir. Ayrıca, hamiləliyin son dövrlərinə qədər bel ağrısı səbəbiylə yuxu problemləri də yaşana bilər. Bu kimi vəziyyətlərdə də rahat yata bilməniz üçün xüsusi olaraq hazırlanmış hamilə yastıqlarından istifadə edə bilərsiniz. Hamilə yastıqları hamiləlik dövründə ana namizədlərinin daha komfortlu və rahat yata bilməsini təmin edər.


Hamiləlikdə 13 problem 13 həll!

 

Bakterial infeksyalar

Əgər bədəninizdə öz-özünə keçməyən bir infeksya varsa, həkiminiz sizə B kateqoriyasında olan penilisin, eritromisin, amoksisilin, ya da azitromisin kimi antibiotiklər təqdim edə bilər. Ancaq tetrasiklin, doksisiklin və minosiklin qəbul etməməyə diqqət göstərməlisiniz, çünki bunlar körpənizin dişlərində rəng dəyişməsinə səbəb ola bilər.

Hamiləlikdə 13 problem 13 həll!

 

Ürəkbulanması

Hamiləlikdə ürəkbulanmalar 4-8-ci  həftələrdə başlayar, 10-cu  həftədə artar və 14-cü  həftəyə gələnə qədər davam edər. Bulanmanı artıran (məsələn; həddindən artıq səs-küy, işıq və qoxu) mühitlərdən uzaq dayanmaq, yemək bişirməmək, təmizlik maddələrindən istifadə etməmək, yağsız və qoxusuz yemək maddələrindən istifadə etmək ürəkbulanmanın qarşısını ala  bilər. Şiddətli bulanma və qusmalarda həkimə müraciət etmək və  müalicə almaq lazımdır.

Hamiləlikdə 13 problem 13 həll!

 

Mədə yanmaları

Mədə yanması şikayəti "saç çıxarma" deyə adlandırılan 20-25-ci həftələrdə ortaya çıxar. Bu vəziyyətdə yemək daha çox yeyilməlidir, qaz yarada biləcək yağlı və ədviyyatlı yeməklərdən uzaq dayanılmalı, yatmadan dərhal əvvəl yemək yeyilməməlidir. Həkimin təklif etdiyi turşuluğu aradan qaldıran dərmanlar da alına bilər.

Hamiləlikdə 13 problem 13 həll!

 

Qəbzlik və babasil

Bol maye qəbul etsəniz, şikayətləriniz azalar. Lifli qidalar, kəpəkli çörək, yulaf əzməsi, kəpəkli makaron, ərik, əncir, üzüm, göy noxud , düyü kimi qidalar  sizi rahatlaşdırar. Səhər yeməyindən əvvəl ilıq su içmək faydalıdır. Babasildə qəbizliyi önləmək, lokal anestezik pomatlar istifadə etmək, uzun müddət ayaqda dayanmamaq lazımdır.

Hamiləlikdə 13 problem 13 həll!

 

Əl və ayaqlarda uyuşma

Bu vəziyyət sinir təzyiqinə bağlı ola biləcəyi kimi qanda kalsium və müxtəlif mineralların azalmasıyla da bağlı ola bilər. B1, B2 vitamini və dəmir ehtiva edən dərmanlar faydalı ola bilər.


Sidik yolu infeksiyası

Bol su içmək, sidiyi uzun müddət  tutmamaq, tualetdə genital bölgəni öndən arxaya doğru təmizləmək və cinsi əlaqədə gigiyenaya diqqət yetirmək sidik yolu infeksiyasını önləyər.

Hamiləlikdə 13 problem 13 həll!

 

Şiş

Xüsusilə hamiləliyin son dövrlərində diqqətəçarpan şişləri azaltmaq üçün uzun davamlı hərəkətsiz şəkildə ayaqda qalmamaq, duzdan həddən artıq istifadə etməmək və istirahət edərkən ayaqların altına yastıq qoyub uzanmaq  lazımdır. Ayaqdakı şişlərə əllərdəki və üzdəki şişliklərin də əlavə olunması preklampsinin (hamiləlik hipertansiyonu) işarəsi ola bilər. Bu vəziyyətdə mütləq həkiminizə müraciət etməniz lazımdır.

Hamiləlikdə 13 problem 13 həll!

 

Göbələk infeksiyası

Hamiləlikdə bədənin müqaviməti azaldığı üçün bəzi infeksiyalar əmələ gələ bilər. Xüsusilə genital bölgənin isti havalarda nəmli qalması göbələk infeksiyası üçün zəmin hazırlayar. Buna görə analığa namizədlər pambıqlı alt paltar seçməlidirlər.

Hamiləlikdə 13 problem 13 həll!

 

Sinə sallanması

İlk edəcəyiniz iş özünüzə uyğun bir büsthalter almaqdir. Ümumiyyətlə, hamiləlik büsthalterləri daha qalın asqılı olub, daha qavrayıcı xüsusiyyətlərə sahibdirlər. Beləcə, sinənizdəki böyümə səbəbiylə ortaya çıxan sallanma riskinə qarşı onları qoruya bilərsiniz. İki əlinizin ovuc içlərini bir-birinə dəydirib qollarınızı qaldırmaq və əllərinizi bir-birinə itələməklə də sinə sallanmasınin  qarşısını alan hərəkəti edə bilərsiz.

Hamiləlikdə 13 problem 13 həll!

 

Ayaq sancıları

Uzun müddət oturmaqdan, ya da uzun müddət gəzməkdən qaçının.. Həkiminizlə məsləhətləşərək maqnezium, ya da kalsium həblərindən istifadə edin.

Hamiləlikdə 13 problem 13 həll!

 

Mütləq idman edin

Hamiləlikdə ən çox təklif edilən idman üzməkdir. Üzmə sayəsində həm əzələlər inkişaf edər, həm nəfəs məşqlərinə alışmış olarsız. Əgər üzmə idmanı üçün imkanlar əl vermirsə, bir başqa idman həddindən artıq olmamaq şərtilə gediş məşqləridir.


30 oktyabr 2011
GO BACK