40 yaşından sonra ana olmağın üstünlükləri və çətinlikləri:
Üstünlükləri:
Ömrünüz uzanar: Təbii doğuş edən qadınların uzun yaşamaları yüksəkdir. Araşdırmaya görə, son doğuşunu 29 yaşın altında edənlər, 95 yaşına qədər yaşama şanslarını yarıya endiriblər. Bunun səbəbi genetik də ola bilər.
Hafizələri yüksəkdir: Xüsusilə, 35 yaşından sonra hamilə qalan qadınların hafizəsi güclü olur. Hormonlar beynə təsir edir. Hamiləlik və doğuşun hormonların dəyişdiyini və artdığını bilirik.
Daha təcrübəlidir: İllər keçdikcə təcrübəmiz və məlumatlarımız artar. Yaş artıqca davranışlarımız dəyişər. 40 yaşından sonra dünyaya uşaq gətirən qadınlar daha səbirlidirlər. Bu yaşlarda hamilə qalmaq planlı və istəyərək həyata keçirilir. Hamilələyə və uşağa psixoloji hazır olmaq vacibdir.
Daha az maddi çətinlik çəkərlər: 40 yaşında olan qadının karyerası mütləq vardır. Maddi çətinlik çəkmədən uşaq böyütmə imkanı daha çoxdur.
Çətinlikləri:
Hamilə qalma şansınız azdır: İllər keçdikcə qadınların hamilə qalma şansı azalır. Yumurta sayı azaldıqca, hamilə qalma şansı da azalır.
Düşmə riski artar: 45 yaşdan sonra erkən doğuş və düşmə riski 50% artar. Yaş və bədəndəki dəyişiklər buna təsir edər.
Diabet: Hamiləlik dövründə yaranan diabet çox vaxt keçici olur. Kifayət qədər insülin olmamağından qaynaqlanır.
Hamiləliyin hər yaşda çətinlikləri olduğunu unutmayın. Sağlamlığınıza diqqət edin. Həkimlə məsləhətləşin.