• Meyvə toxluq hissi yaradar, vitamin mənbəyidir.
Meyvə toxluq hissi yaratmaz, aclığı artırar. Yumurta, süd kimi qidalar daha çox tox saxlayar və protein ehtiyacını qaşılayar. Meyvələr sağlam qidalanma üçün vacibdir, ancaq şəkər miqdarına görə həddindən artıq yemək məsləhət görülmür, xüsusilə, hamiləlik dövründə.
• Hamiləlikdə saç boyamaq olmaz.
Hamiləliyin ilk 12 həftəsindən sonra saçınızı boyaya bilərsiniz.
• Hamiləlikdə əməliyyat olmaz, dərman içilməz
Hamiləlik əsnasında içməyə icazəsi olan bir çox dərman var. Həkim məsləhəti ilə dərman içmək olar. İnkişaf edən tibb və texnologiya sayəsində hamiləlikdə əməliyyat belə mümkündür.
• Hamiləlikdə çox yeyilən qoz körpənin zəkasını inkişaf etdirir.
Uşağın ağıllı olması üçün ovuc-ovuc qoz yeməyə ehtiyac yoxdur. Faydalıdır, həddi aşmayın. Hər gün 1-2 qoz yeyə bilərsiniz.
• Hamiləlikdə hər şeyi yemək olar.
Əksinə, əvvəllə baxanda daha diqqətli qidalanmalısınız. Hər şey yeyilməz.
• Hamiləlikdə altı düz ayaqqabı geyilməlidir.
Hamiləlikdə altı düz ayaqqabı geyinmək, bütün ağırlığı qıça vermək deməkdir. Bunun yerinə, xəfif yüksək ayaqqabılar və ya idman ayaqqabıları istifadə edilməlidir.