Qadin.NET / Cüt yumurta əkizi nədir?

Cüt yumurta əkizi nədir?

Cüt yumurta əkizləri bir-birindən ayrı və müxtəlif xüsusiyyətlərə sahib olan körpələrdir. Onların görünüşləri, xarakterləri və zəka səviyyələri bir-birindən fərqli olur. Cüt yumurta əkizlərinin doğum nisbəti tək yumurta əkizlərinə nisbətən daha yüksəkdir.

 

Cüt yumurta əkizlərinin doğulmasının səbəbi iki ayrı yumurtanın iki ayrı sperma tərəfindən eyni anda döllənməsidir. Belə əkizlər ayrı cinsiyyətli doğula bilirlər. Onlar ayrı fiziki xüsusiyyətlərə və fərqli xarakterə malik olurlar. Birlikdə doğulduqları halda bir-birlərindən fərqli olan iki körpə kimi dünyaya gəlirlər.
Cüt yumurta əkizlərinin əslində ayrı-ayrı vaxtlarda dünyaya gəlmiş iki qardaşdan heç bir fərqi yoxdur. Qan qrupları, fiziki xüsusiyyətləri, genetik strukturları və digər hər şey ayrı-ayrı zamanlarda doğulmuş qardaşlarda olduğu kimidir. Bir fərq var - onlar birlikdə dünyaya gəlmiş qardaşlardır.

 

Cüt yumurta hamiləlikləri həkim tərəfindən sıx nəzarətdə saxlanmalıdır. Belə hamiləlik keçirən qadınlar mütəmadi yoxlanmalıdır. Çünki əkiz hamiləliklərində hamiləliklə birgə bir çox risk meydana gələ bilər. Analığa namizəddə hamiləliklə əlaqədar olaraq təzyiq və şəkər problemi ortaya çıxa bilər ki, bu da körpələr üçün təhlükələr yarada bilər.
Körpələrin erkən doğulması, aşağıda olma ehtimalı və az çəkili olub-olmaması kimi riskləri əvvəldən aşkar etmək üçün davamlı olaraq ultrasəs müayinəsi aparılmalıdır.

 

1 oktyabr 2011
GO BACK