Əmizdirmə dövrünün anaya olan faydaları
Körpəsini əmizdirməyə başlayan analarda doğumdan sonra görülən qanaxma riskini olduqca azaldır. Qanaxmadan əlavə halsızlıq, yorğunluq, döyüntü kimi hallar nadir hallarda müşahidə olunur.
Fiziki faydalarından əlavə, ruhi sağlamlıq baxımından da faydalı olan əmizdirmə ana ilə körpə arasındakı bağı qüvvətləndirir.
Süd istehsalını artıran Prolaktin hormonu təşviş və qayğını azaldaraq ananın psixolojisinə müsbət təsir edər.
Doğumdan da sonrakı dövrdə psixoloji problemləri sıxlıqla müşahidə olunur.
Aparılan araşdırmalar, ananın körpəsini əmizdirməsinin döş xərçəngi riskini azaltdığını göstərir. Əmizdirmə müddəti nə qədər çox olsa, xərçəng riski o qədər azalır.
Əmizdirən analarda revmatizma xəstəlikləri daha seyrək rastlanır. Diabetin 2 növünə də tutulma sıxlığı azalır.